Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular
Azərbaycanda hərbi xidmətdən boyun qaçırma faktları üzrə cinayət işləri başlanılıb.
Respublika Hərbi Prokurorluğundan Cenubtv.Az Oxu.Az-a istinadn billdirir ki verilən məlumata görə, çağırış yaşında olan bəzi vətəndaşlar müxtəlif xəstəlikləri, o cümlədən özünə xəsarət yetirib psixi və nevrotik pozuntuları simulyasiya etməklə, hətta tibbi göstəriş olmadan cərrahi əməliyyatlar etdirməklə həqiqi hərbi xidmətdən boyun qaçırmağa cəhd göstərirlər.
Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən cari ilin iyul və oktyabr çağırışları dövründə bu kimi 5 fakt üzrə Xidmətin Gəncə şəhər idarəsində, İmişli rayon şöbəsində, Qobustan və Şuşa rayon bölmələrində hərbi qeydiyyatda olan çağırışçılar barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə cinayət işləri başlanılaraq istintaq aparılır.
“Vətəndaşların nəzərinə çatdırmaq istərdik ki, Vətənin müdafiəsi hər bir vətəndaşın konstitusion borcudur, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 321.1-ci maddəsinə əsasən “çağırışdan boyun qaçırma” dedikdə vətəndaşların üzrlü səbəblər olmadan tibbi müayinəyə (tibbi şəhadətləndirilməyə), müddətli həqiqi hərbi xidmətə, toplanışlara və səfərbərlik üzrə hərbi xidmətə çağırış üzrə gəlməməsi başa düşülür və həmin əməllər cinayət məsuliyyətinə səbəb olur”, – qurumdan bildirilib.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Maştağada müalicə alan xəstələri ələ salan şəxslər cəzalandırıldı
Sosial şəbəkələrdə Bakının Maştağa qəsəbəsində yerləşən 1 saylı Psixiatriya Xəstəxanasından görüntülər paylaşılıb. Cenubtv.Az Bizim.Media-ya istinadən xəbər verir ki, yayılan kadrlarda...
Cəlilabadda 8 noyabr – Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib
https://youtu.be/Q_wbV88mVDk
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq – Rəsmi
"BakıKart" və "Mastercard"ın birgə kampaniyası çərçivəsində sərnişinlər metro və avtobuslarda hər dördüncü gediş üçün 1 qəpik ödəyəcəklər. Cenubtv.Az xəbər verir...
Cinayətkar birlik yaratmaqda təqsirləndirilən hərbçiyə hökm oxundu
Cinayətkar birlik yaratmaqda və digər cinayətlərdə təqsirləndirilən Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin hərbi qulluqçusunun cinayət işi üzrə məhkəmə prosesi...
Ermənistan İK sədri: “Zəngəzurda saxlanılan Azərbaycan əsgərinin heç kimi öldürmək niyyəti olmayıb”
Zəngəzurun Şəki kəndində saxlanılan azərbaycanlı hərbçi Nəsimi Musayevin heç kimi öldürmək niyyəti olmayıb. Cenubtv.Az Ermənistan mediasına istinadən xəbər verir ki,...
Amnistiya ilə azadlığa çıxdı, ətçəkən və çaydan oğurlayıb yenidən həbsə düşdüxsüü
Bakıda amnistiya aktı ilə həbsdən azad edilən şəxs yenidən oğurluq etdiyinə görə 2 il 6 aydan çox müddətə azadlıqdan məhrum...
Average Rating