“Roşka”nın məhkəməsində yeni xüsusat: Ekspert dindiriləcək
Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən “Roşka” ləqəbli tiktoker Rövşən Süleymanzadənin barəsindəki cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Roman Ələkbərlinin sədrliyi ilə keçirilən son iclasda təqsirləndirilənlə bağlı videogörüntülərə dair ekspertizanın rəyi açıqlanıb.
Rəydə görüntülərin montaj olunmaması qeyd olunsa da Rövşən Süleymanovun vəkili buna etirazını bildirərək kadrlar arası müdaxilələrin olunduğunu deyib.
Vəkilin etirazına görə, ekspertin prosesə dəvət olunması ilə bağlı məhkəmə qərar qəbul edib.
Məhkəmə sentyabrın 29-dək təxirə salınıb.
Xatırladaq ki, “Roşka” ləqəbli tiktoker bu ilin yanvar ayında canlı yayımlarda əxlaqsızlığın təbliğinə qarşı polisin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıb, Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Ona qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Qayınata gəlininin qətlində təqsirləndirilir
Bakıda gəlinini qətlə yetirməkdə təqsirləndirilən Adıgözəl Məmmədovun cinayət işinin məhkəməsi başlayıb. Cenubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər...
Ağdamda toyda dava: Xəsarət alan var
Ağdam rayonunda toyda dava düşüb. Cenubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Evoğlu kəndində baş verib. Rayonun Əfətli kənd...
Məhkəmə qaynını öldürüb, arvadını baltalayan çoban haqqında qərar verdi
Qusarda qaynını balta ilə öldürməkdə, həyat yoldaşını isə öldürməyə cəhddə təqsirləndirilən 68 yaşlı Vəkil Əlibəyovun Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmündən...
Sinifdə elektron siqaret çəkən uşaqlar BU MƏKTƏBDƏ oxuyurmuşlar: Təhsil idarəsindən açıqlama – FOTO – VİDEO
"264 nömrəli tam orta ümumtəhsil məktəbinin XI sinif şagirdlərindən bir neçəsinin sinif otağında uyğun olmayan davranışları ilə bağlı araşdırma aparılır"....
Cəlilabad rayonunda Kövüzbulaq kənd tam orta ümumtəhsil məktəbinin yeni binasının açılışı olub
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov, Azərbaycan Respublikası Təhsil İnstitutunun direktor müavini İlham Cavadov, Lənkəran-Astara Regional Təhsil idarəsinin müdiri...
Vüsal Şilderin qətlinin sifarişində təqsirləndirilən şəxs hakim qarşısına çıxarılıb – FOTO – VİDEO
"Mercedes-Benz" şirkətinin Azərbaycan təmsilçisinin oğlu, Almaniya vətəndaşı Vüsal Şilderin 13 il əvvəl Bakıda qətlə yetirilməsi ilə bağlı açılan cinayət işində...
Average Rating