Yeni metro stansiyasının adı açıqlandı
Bakıda yeni metro stansiyası “20 Sentyabr” adlandırılacaq.
Cənubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı qərarı Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov imzalayıb.
Qərara əsasən, 2023-cü il sentyabrın 20-də Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin bərpa olunması nəzərə alınaraq, Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı Metropoliteninin Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, 194 ünvanında yerləşən yeni stansiyasına “20 Sentyabr” adı verilib.
Bakı Şəhər İcra Hakimiyyəti və “Bakı Metropoliteni” QSC-yə qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Cəlilabad bələdiyyəsinin rəhbərliyində kadr dəyişikliyi baş tutub.
Cenubtv.az-ın əldə etdiyi məlumata görө, bələdiyyədə keçirilən iclasda qurumun sədr müavini Rafiq Rüstəmov səs çoxluğu ilə bələdiyyənin yeni sədri seçilib....
Cəlilabadda “20 oktyabr – Energetiklər Günü” qeyd edilib
Cəlilabad rayonunda “20 oktyabr – Energetiklər Günü” qeyd edilib. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov, aparat əməkdaşları, hüquq-mühafizə orqanlarının...
17 oktyabr 2026 qəhrəman şəhid Cəfərov Ayxan Camaləddin oğlunun anım günü
17 oktyabr 2026-cı il tarixində qəhrəman şəhidimiz Cəfərov Ayxan Camaləddin oğlunun anım günümərasimi Cəlilabad rayonunun Üçtəpə kəndində, ata ocağında...
Cəlilabadda 18 oktyabr – Müstəqilliyin Bərpası Gününün 35-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
https://youtu.be/RPVVvpsf-K8
12.10.2026-cı il Qəhrəman Şəhid Orxan Nazim Oğlu Paşazadənin mövlud günü tədbiri
Cəlilabad rayonu Cəfərxanlı kəndində ata evində keçirildi. Paşazadə Orxan Nazim oğlu 12 oktyabr 1996-cı ildə Cəlilabad rayonunun Cəfərxanlı kəndində dünyaya...
Average Rating