Bakının tarixi binalarında özbaşınalıq: Fasadları kim və necə dəyişdirir? – VİDEO

Read Time:52 Second

Baş Prokurorluğun apardığı araşdırma zamanı Bakının Nəsimi və Xəzər rayonlarında dövlət mühafizəsinə götürülmüş tarixi və mədəniyyət abidələrində müvafiq razılaşdırma olmadan yenidənqurma işlərinin aparıldığı müəyyən edilib.

Cenubtv.Az Baku TV-yə istinadən bildirir ki, söhbət Nəsimi rayonunda Nizami küçəsi, 81 və Bülbül prospekti, 36C ünvanlarında yerləşən yerli əhəmiyyətli memarlıq abidəsi olan iki qeyri-yaşayış obyektindən, həmçinin Buzovna qəsəbəsində yerləşən yerli əhəmiyyətli memarlıq abidəsi olan məsciddən gedir.

 

 

Bəs tarixi abidə statusu daşıyan yaşayış və qeyri-yaşayış binalarında hansı təmir və dəyişiklikləri aparmaq mümkündür?

Memar Cahid Həsənov məsələ ilə bağlı açıqlamasında qeyd edib ki, tarixi abidələrdə özbaşına hər hansı dəyişiklik aparmaq yolverilməzdir.

“Hər hansı fasad üzlüyünün dəyişdirilməsi, eyvanların artırılması, reklam lövhələri və brendlərlə binanın ümumi həcminin örtülməsi tarixi memarlıq abidəsinə ciddi mənfi təsir göstərir. Bu, binanın tarixiliyinin və vizual görünüşünün itirilməsinə səbəb olur”, – deyə mütəxəssis bildirib.

O həmçinin vurğulayıb ki, tarixi binaların birinci mərtəbələrində fəaliyyət göstərən ticarət obyektlərinin fasada müdaxiləsi də problem yaradan məsələlərdəndir. Kondisionerlərin, müxtəlif konstruksiyaların və digər avadanlıqların fasada icazəsiz quraşdırılması həm binanın texniki vəziyyətinə, həm də tarixi görünüşünə zərər vura bilər.

Loading

About Post Author

RÖVŞƏN MEHDIYEV

Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45 Mail:Cenubtv.az@gmail.com
Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %
Spread the love

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Previous post Salyandakı AĞIR QƏZANIN təfərrüatı – Yaralıların son durumu açıqlandı
Next post Yeni metro stansiyasının adı açıqlandı
Link. 403 forbidden. Çerkezköy meydan taksi Çağır | 7/24 hızlı ve güvenli taksi hizmeti.