Bakıda 32 marşrutun hərəkət sxemi DƏYİŞDİRİLİR – SİYAHI

Read Time:56 Second

Bakıda 32 marşrutun hərəkət sxemi dəyişdirilir.

Cenubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, paytaxtın Moskva prospektinin kənar yolu, Rəşid İsmayılov küçəsi (Biləcəri enişi) və Natəvan küçəsində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.

Məhdudiyyət səbəbindən bu gün saat 20:00-dan 2, 7A, 14, 29, 37, 67, 83, 83A, 91, 92, 96, 102, 114A, 114B, 119, 130, 135, 137, 142, 156, 156A, 158, 159, 170, 199, 500, 503, 508, 525A, 525B, 594 və E2 nömrəli marşrutların hərəkət sxemi dəyişdiriləcək.

Məlumata görə, müntəzəm marşrutlar üzrə avtobusların hərəkəti Moskva prospektində yerləşən tuneldən təşkil ediləcək.

Bakı Beynəlxalq Avtovağzal Kompleksi və Biləcəri qəsəbəsi istiqamətində fəaliyyət göstərən 2, 7A, 14, 29, 37, 67, 83, 83A, 92 və 96 nömrəli marşrutların hərəkəti Bakı-Sumqayıt şosesi, Sulutəpə yol ötürücüsü, Xocəsən dairəsi və Bakı Beynəlxalq Avtovağzal Kompleksi istiqamətində təşkil olunacaq.

156, 156A, 158, 170, 525A və 525B nömrəli marşrutların avtobusları “20 Yanvar” dairəsi və Moskva prospektinin tuneli ilə hərəkət edəcək.

91 nömrəli marşrutun fəaliyyəti isə Rəşid İsmayılov küçəsi, 1-ci döngə – Qabil Süleymanov küçəsi istiqamətində təşkil ediləcək.

Loading

About Post Author

RÖVŞƏN MEHDIYEV

Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45 Mail:Cenubtv.az@gmail.com
Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %
Spread the love

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Previous post Yeni metro stansiyasının adı açıqlandı
Next post Partlayış baş verən Goranboyda vəziyyət necədir? – RƏSMİ
Link. 403 forbidden. Gazi mustafa kemal paşa mahallesi taksi | Çerkezköy 7/24 en yakın taksi.