Xalq şairinin zəngin irsini yaşadan məkan: Bəxtiyar Vahabzadənin ev muzeyindən FOTOREPORTAJ

Read Time:1 Minute, 9 Second

Bəxtiyar Vahabzadənin ev muzeyi Azərbaycanın Xalq şairi, dramaturqu, ədəbiyyatşünası və ictimai xadimi Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığına həsr olunmuş mədəniyyət ocaqlarından biridir.

Cenubtv.Az Photostock.az-a istinadən xəbər verir ki, muzey Şəki şəhərində, şairin uşaqlıq illərini keçirdiyi və sonradan uşaq bağçası kimi fəaliyyət göstərən binada yerləşir.

Burada Bəxtiyar Vahabzadənin zəngin ədəbi irsini əks etdirən eksponatlar nümayiş etdirilir, onun həyat və yaradıcılığı ilə bağlı materiallar toplanır, qorunur və tədqiq olunur.

Muzeyin yaradılması haqqında qərar Azərbaycan Prezidenti İlham Əliyevin Bəxtiyar Vahabzadənin 90 illik yubileyi münasibətilə imzaladığı 27 oktyabr 2015-ci il tarixli Sərəncamla verilib.

Binada 2017-2018-ci illərdə əsaslı təmir-bərpa və yenidənqurma işləri aparılıb, müasir tələblərə cavab verən ekspozisiya yaradılıb.

Muzeyin rəsmi açılışı 31 avqust 2018-ci ildə keçirilib.

Qeyd edək ki, Bəxtiyar Vahabzadə (1925-2009) Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biridir. O, vətənpərvərlik, milli kimlik, ana dili və azadlıq mövzularına həsr etdiyi əsərləri ilə geniş oxucu rəğbəti qazanıb.

1943-cü ildən ədəbi fəaliyyətə başlayan şair 70-dən çox şeir kitabının, çoxsaylı poema, pyes, monoqrafiya və publisistik əsərin müəllifidir. “Gülüstan”, “Fəryad”, “Vicdan” və “Hara gedir bu dünya” onun ən məşhur əsərləri sırasındadır.

Bəxtiyar Vahabzadə uzun illər Bakı Dövlət Universitetində professor kimi çalışıb, filologiya elmləri doktoru elmi dərəcəsini alıb. O, 1984-cü ildə “Xalq şairi” fəxri adına layiq görülüb, 2000-ci ildə isə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilib.

Cenubtv.Az Xalq şairi Bəxtiyar Vahabzadənin ev muzeyindən fotoreportajı təqdim edir.

Loading

About Post Author

RÖVŞƏN MEHDIYEV

Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45 Mail:Cenubtv.az@gmail.com
Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %
Spread the love

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Previous post Yayın ən bahalı transferləri açıqlandı: Rəqəmlər heyrətləndirdi – FOTO
Next post Trampın planı pozuldu? – İrandan sensasion AÇIQLAMA
İnönü mahallesi korsan taksi | ucuz taksi ara 05343805050. כדורי זקפה 60מג. אילונה – חיפה – נערות ליווי בבית שאן.