Qaxdakı ağır qəzada yaralananların son vəziyyəti AÇIQLANDI
Qax-Şəki avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 3 nəfərin vəziyyəti açıqlanıb.
Cənubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, qəzada xəsarət alan üç kişi 30 iyul 2026-cı il tarixində saat 17 radələrində Qax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Qeyd olunub ki, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu qoyulub.
Hazırda yaralıların müalicəsi tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir.
TƏBİB-in məlumatına görə, xəsarət alanlardan birinin vəziyyəti ağır, digər iki nəfərin vəziyyəti isə stabil qiymətləndirilir.
Qax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsində ölən və xəsarət alan şəxslərin kimliyi məlum olub.
qəza nəticəsində “Mercedes” markalı avtomobildə sərnişin olan 60 yaşlı Tacəddin Əhmədov aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
Hadisə zamanı “Mercedes”in sürücüsü, 44 yaşlı Xəyal Həşimov, eləcə də avtomobildə olan digər sərnişin, 52 yaşlı Zaur Abdullayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
“Niva” markalı avtomobilin sürücüsü, 66 yaşlı Novruz Mənəfov da qəza zamanı xəsarət alıb.
Qax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
hadisə bu gün saat 16 radələrində Qax-Şəki avtomobil yolunda qeydə alınıb.
Belə ki, “Mercedes” və “Niva” markalı avtomobillər toqquşub. Nəticədə 1 nəfər həlak olub.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
67 yaşlı qadın alverçisi Kurta HÖKM OXUNDU
İnsan alverində ittiham olunan 67 yaşlı Sevinc Daşdəmirzadənin (Kurt) məhkəməsi keçirilib. Cənubtv.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Sevinc Kurt bir...
Mina partlayışında ölən qardaşının evini yandırdı
Tərtərdə kişi qardaşı arvadının evini yandırıb. Cənubtv.Az Lent.az-a istinadla xəbər verir ki, hadisə rayonun Şıxarx kəndində qeydə alınıb. İttiham aktına görə,...
Sabunçu xəstəxanasında BİABIRÇILIQ: “Dedilər ki, gipsi və binti özün al” – VİDEO
Ayağı zədələndiyi üçün Sabunçu Tibb Mərkəzinə gələn vətəndaş iddia edir ki, orada ondan gipsin bir hissəsini və binti öz hesabına...
Qəzada həlak olan futbolçulardan biri avtoyuma məntəqəsində işləyirmiş – TƏFƏRRÜAT – FOTO – VİDEO
"Rauf Hüseynov bir il əvvəl komandada çıxış edib, sonra isə "Təhsil" FK-da müəllim kimi işləyirdi". "Qobu" futbol klubunun rəhbəri Rəşad...
Ukraynada DRON HÜCUMUNDAN sonra azərbaycanlıların olduğu gəmidə VƏZİYYƏT – FOTO – VİDEO
Ukraynanın Odessa limanı yaxınlığında dron hücumuna məruz qalan, göyərtəsində azərbaycanlıların da olduğu "Ata 2" gəmisi ilə bağlı redaksiyamıza yeni məlumat...
Mərdəkanda dənizdə iki nəfər batdı, biri çıxarıldı, digəri axtarılır
Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 700 metr aralı, dənizdə nəzarətsiz ərazidə 2 nəfər batıb....
Average Rating