Qəzada həlak olan futbolçulardan biri avtoyuma məntəqəsində işləyirmiş – TƏFƏRRÜAT – FOTO – VİDEO
“Rauf Hüseynov bir il əvvəl komandada çıxış edib, sonra isə “Təhsil” FK-da müəllim kimi işləyirdi”.
“Qobu” futbol klubunun rəhbəri Rəşad Abasov deyib.
O bildirib ki, həlak olanlardan Rauf Hüseynov evli olub:
“Dünən birlikdə Qobudan qayıdırlarmış. Ötən il hər ikisi klubda çıxış edirdi. Sonra isə ayrıldılar. Bəhruz Sultanov subay olub. Rauf Hüseynov isə evli idi, üç uşağı – qızı vardı. Bəhruzun yaşı40-dan çox idi. Raufun avtoyuma məntəqəsində işləyirdi. İlkin məlumata görə, hadisə idarəetməni itirdiklərinə görə olub. Maşın da Raufa məxsus idi. Hər ikisi sakit insan kimi xatırlanacaq”.
Məlik Məlikov
Abşeronda futbolçuların həlak olduğu qəza ilə bağlı yeni detallar məlum olub.
Cənubtv.Az xəbər verir ki, bununla bağlı Baku TV-nin müxbiri hadisə yerindən hazırladığı reportajda məlumat verib.
O bildirib ki, hadisə şahidləri qəzanın ötmə əməliyyatı zamanı baş verdiyini deyiblər. Belə ki, Rauf Ədalət oğlu Hüseynov “Toyota” markalı, 99-EN-365 dövlət qeydiyyat nişanlı avtomobillə ötmə əməliyyatını düzgün yerinə yetirməyib. Nəticədə “Toyota” qarşıdan gələn Mais Ağahüseyn oğlu Ağaverdiyevin idarə etdiyi “Ford Transit” markalı, 90-JJ-547 dövlət qeydiyyat nişanlı yük maşını ilə toqquşub.

Futbolçuların həyatını itirdiyi faciəli qəza zamanı xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.
Cenubtv.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, Qobu-Lökbatan yolunda baş vermiş yol-nəqliyyat hadisəsi səbəbi ilə 1977-ci il təvəllüdlü şəxs (kişi) iyulun 29-da saat 13:00-da Sabunçu Tibb Mərkəzinə Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
“Ona ilkin tibbi yardım göstərilib, kəllə beyin travması, diz qapağının sınığı, ətrafların sıyrıntısı diaqnozu təyin edilib. Vəziyyəti orta ağır qiymətləndirilən pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir”, – deyə məlumatda vurğulanıb.
Dünən günorta saatlarında Qobu-Lökbatan yolunda ağır yol-nəqliyyat hadisəsi nəticəsində həlak olan futbolçuların fotoları yayılıb.
Cənubtv.Az faciəli şəkildə ölən futbolçuların fotolarını təqdim edir:
Fotoda solda Bəhruz Sultanov, sağda Rauf Hüseynov

Qeyd edək ki, 99-EN-361 dövlət qeydiyyat nişanlı “Toyota” markalı minik avtomobili “Ford Transit” markalı nəqliyyat vasitəsi ilə toqquşub. Hadisə nəticəsində “Toyota”da olan Bəhruz Sultanov və Rauf Hüseynov hadisə yerində həlak olublar, “Ford Transit”in sürücüsü isə xəsarətlər alıb.





Qobu-Lökbatan yolunda baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı rəsmi açıqlama verilib.
Baş Dövlət Yol Polisi İdarəsindən (BŞDYPİ) hadisə ötən gün saat 12 radələrində Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində qeydə alınıb.
“Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Rauf Ədalət oğlu Hüseynovun idarə etdiyi “Toyota” markalı, 99-EN-365 dövlət qeydiyyat nişanlı avtomobil ilə Qobu qəsəbə sakini, 1977-ci il təvəllüdlü Mais Ağahüseyn oğlu Ağaverdiyevin idarə etdiyi “Ford Transit” markalı, 90-JJ-547 dövlət qeydiyyat nişanlı yük avtomobili toqquşub.
Qəza nəticəsində “Toyota”nın sürücüsü Rauf Hüseynov və avtomobildə sərnişin qismində olan 1985-ci il təvəllüdlü Bəhruz İlham oğlu Sultanov hadisə yerində həyatlarını itiriblər.
“Ford Transit”in sürücüsü Mais Ağaverdiyev isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir. Faktla bağlı cinayət işi açılıb”, – deyə məlumatda bildirilir.
Əzizə İsmayılova
Dünən axşam saatlarında Qobu-Lökbatan yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
99-EN-361 dövlət qeydiyyat nişanlı “Toyota” markalı minik avtomobili “Ford Transit” markalı nəqliyyat vasitəsi ilə toqquşub.
Hadisə nəticəsində “Toyota”da olan Bəhruz Sultanov və Rauf Hüseynov hadisə yerində həlak olublar, “Ford”un sürücüsü isə xəsarətlər alıb.
Əldə etdiyimiz məlumata görə, qəzada ölənlər “Qobu” futbol klubunun oyunçuları olublar.
Qeyd edək ki, “Qobu” 2025/26 mövsümündə AFFA Region Liqasında mübarizə aparıb.
![]()
Average Rating