Azərbaycanda universitetə rektor TƏYİN EDİLDİ – FOTO
Azərbaycanın Türkiyədəki keçmiş təhsil müşaviri Nəcibə Nəsibova Türkiyə-Azərbaycan Universitetinin (TAU) rektoru təyin olunub.
Cənubtv.Az xəbər verir ki, rektor Nəcibə Nəsibova 525.az-a müsahibəsində xəbəri təsdiqləyib.

Onun sözlərinə görə, bununla bağlı qərar universitetin Qəyyumlar Şurasının iclasında qəbul edilib. Daha sonra təyinat elm və təhsil nazirinin imzaladığı müvafiq əmrlə rəsmiləşdirilib.
Nəcibə Nəsibova uzun illər Azərbaycanın Türkiyədəki Təhsil Müşavirliyi vəzifəsində çalışıb. 30 ildən artıq müddətdə o, Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin akademik və sosial məsələlərinin həllində iştirak edib, həmçinin Azərbaycan və Türkiyə arasında ali təhsil sahəsində əməkdaşlığın inkişafı istiqamətində fəaliyyət göstərib.
Türkiyə-Azərbaycan Universitetinin yaradılması ilə bağlı razılıq 2023-cü ildə iki ölkə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən əldə edilib. 2024-cü ilin fevralında Azərbaycanın Elm və Təhsil Nazirliyi ilə Türkiyənin Ali Təhsil Şurası arasında bununla bağlı müvafiq memorandum imzalanıb.
Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 23-də imzaladığı sərəncamla Türkiyə-Azərbaycan Universitetinə Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarının nəticələri əsasında tələbə seçimini müstəqil aparmaq və ödənişli əsaslarla da tələbə qəbulu ala bilmə hüququ verilib.
2024-cü ildən bu yana universitetin rektoru vəzifələrinin icrasını Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev icra edirdi.
İki ölkə arasında ali təhsil və elmi əməkdaşlığın genişləndirilməsi məqsədilə yaradılan universitetin fəaliyyət istiqamətləri sırasında ortaq təhsil proqramlarının hazırlanması, elmi-tədqiqat layihələrinin həyata keçirilməsi və beynəlxalq akademik əməkdaşlığın gücləndirilməsi yer alır.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Fəaliyyəti dayandırılan Bakı Qızlar Universitetinin tələbələrinin aqibəti necə olacaq?
Bakı Qızlar Universitetində təhsil alan tələbələrin təhsilinin fasiləsizliyinin və təhsil hüquqlarının qorunmasının təmin edilməsi məqsədilə onların digər ali təhsil müəssisələrinə ixtisaslarına...
Nazirdən QƏRAR: Məktəblərdə dərs vaxtı telefondan istifadə QADAĞAN EDİLDİ
Məktəbəhazırlıq qruplarında və ümumi təhsil müəssisələrində mobil və elektron cihazlardan istifadəyə dair qaydalar təsdiqlənib. Cənubtv.Az "Trend"ə istinadən xəbər verir ki, bununla...
Məktəblilərin yay tətili qısaldılacaq? – AÇIQLAMA
Elm və təhsil naziri Emin Əmrullayev müsahibəsində bildirib ki, təhsil nailiyyətləri yüksək olan ölkələrdə yay tətili daha qısadır. Bəs Azərbaycanda...
İyunun 7-də keçirilən qəbul imtahanlarının nəticəsi ELAN OLUNDU
I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni)...
II və III ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanının nəticəsi elan edilib
Dövlət İmtahan Mərkəzi (DİM) II və III ixtisas qrupları üzrə mayın 24-də keçirilmiş qəbul imtahanının nəticəsini elan edib. Cənubtv.Az Oxu.Az-a...
IX Qrant Müsabiqəsinin bağlanış tədbiri keçirildi – foto və video
Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IX Qrant Müsabiqəsi çərçivəsində Şagirdlər üçün Oyun Meydançası Layihəsinin bağlanış tədbiri keçirilmişdir. Cenubtv.az xəbər verir...
Average Rating