Məktəblilərin yay tətili qısaldılacaq? – AÇIQLAMA

Read Time:1 Minute, 21 Second

Elm və təhsil naziri Emin Əmrullayev müsahibəsində bildirib ki, təhsil nailiyyətləri yüksək olan ölkələrdə yay tətili daha qısadır.

Bəs Azərbaycanda yay tətilləri qısaldıla bilərmi?

Cənubtv.Az Redaktor.az-a istinadən xəbər verir ki,  təhsil eksperti Məzahir Məmmədlinin sözlərinə görə, həqiqətən də təhsil göstəriciləri yüksək olan bəzi ölkələr var ki, orada yay tətili qısadır:

“Məsələn, Azərbaycanda yay tətilinin qısaldılması biliklərin unudulmasını azalda bilər. Məsələn, ibtidai siniflərdə müəyyən qədər hazırlıqsız olanlar, valideyn diqqətindən kənarda qalanlar, əməyə cəlb olunanlar var ki, bunlar məktəbə gəlsələr, əlbəttə ki, onlar üçün biliklərin unudulmasının qarşısı müəyyən qədər alınar. Yəni məktəbə gələcək, məcburdur ki, təkrarlasın.

 

Bu, tədris proqramının mənimsənilməsi imkanlarını artıra bilər. Qiymətləndirmədə layihə fəaliyyətlərinə və digər sahələrə vaxt ayırmaq üçün daha geniş imkanlar yarada bilər”.

 

Müsahibimiz məsələnin riskli tərəflərindən də danışdı:

 

“Yəni tətil sadəcə keyfiyyətin artırılması üçün deyil. Burada şagirdin dincəlməsinə də ehtiyac var.

 

Ona görə də bu məsələyə bir qədər geniş yanaşsaq, onsuz da bizim şagirdlər əksər hallarda tətil müddətində də hazırlıqlara, repetitor yanına gedirlər. O baxımdan bunun rəsmiləşdirilməsi bəlkə də abituriyentlərə və valideynlərə müəyyən fayda verə bilər. Amma burada iqlim amili də nəzərə alınmalıdır. İqlim amili əsas rol oynayır.

 

Əlbəttə ki, burada 40 dərəcəyə qədər isti olan bölgələr var ki, orada tədrisin keyfiyyətindən belə söhbət gedə bilməz. Düşünürəm ki, həm müəllimlər, həm də şagirdlər mövcud sistemə artıq adaptasiya olunub, uyğunlaşıblar. Əgər belə bir rəsmi addımın atılması vacib hesab edilsə, o halda bunun hansı müddətdə artırılmasının məqsədəuyğun olduğu düşünülməlidir. Təbii ki, yay aylarında tədris müddətinin artırılması heç bir effekt verməz. Ona görə də yəqin ki, bu, uzun müzakirələr tələb edən və yalnız nəticələri hesablandıqdan sonra addımlar atılması lazım gələn bir məsələdir”.

Loading

About Post Author

RÖVŞƏN MEHDIYEV

Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45 Mail:Cenubtv.az@gmail.com
Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %
Spread the love

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Previous post Pensiya artımı ilə bağlı əhalini SEVİNDİRƏCƏK XƏBƏR
Next post Tənha qadınların pensiya yaşı azaldıla bilərmi? – İqtisadçıdan AÇIQLAMA
Gyakorlati tippek : hogyan javítsd a wi fi sebességet ?. Amino peptide matrices for lean mass preservation in glp 1 receptor agonist induced gastroparesis. Alquiler de yates por horas.