İlham Əliyev Qırğızıstan, Özbəkistan və Tacikistan prezidentləri ilə birlikdə Çolpon-Ata şəhərində Qolf Klubun açılışında iştirak edib – FOTO – VİDEO
İyulun 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə birlikdə Çolpon-Ata şəhərindəki “Issyk-Kul Golf Resort” kompleksində Qolf Klubun açılışında iştirak edib.
Cənubtv.Az AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə “Issyk-Kul Golf Resort” kompleksi və Qolf Klub barədə videoçarx nümayiş olunub.
Qolf Klub İssık-Kul gölünün sahilində “Issyk-Kul Golf Resort” çoxfunksiyalı turizm kompleksinin ərazisində yerləşir. Bu kompleksin ümumi sahəsi 120 hektardır. Bunun da 103 hektarı Qolf Klubun payına düşür.
Bu layihənin icrası yalnız yay aylarında deyil, digər fəsillərdə də İssık-Kula turist axınını cəlb etmək üçün böyük rol oynayacaq. Belə ki, burada ilin 10 ayında qolf oynama üçün meydança qurulub. Zəruri infrastrukturun yaradıldığı Qolf Klubun ərazisində 80 yerlik mehmanxana da qonaqların ixtiyarına veriləcək. Burada qolf akademiyasının yaradılması və müxtəlif səviyyəli qolf turnirlərinin keçirilməsi nəzərdə tutulur.
Turizm, idman, sağlamlıq və əyləncə meyarlarını özündə birləşdirən “Issyk-Kul Golf Resort” kompleksində Qolf Klubla yanaşı, ümumilikdə dörd və beşulduzlu bir neçə hotel, restoranlar, çimərlik sahələri olacaq.
Qırğızıstan Qolf Federasiyasının prezidenti Xomeni Erqeşov çıxış edərək dövlət başçılarını salamlayıb.
Sonra Qırğızıstan Prezidenti Sadır Japarov çıxış edib.
Daha sonra dövlət başçıları “Issyk-Kul Golf Resort” kompleksinin ərazisini gəziblər, burada qolf oyununun rəmzi başlama mərasimində iştirak ediblər
.

![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Vüsal Şilderin qətlinin sifarişində təqsirləndirilən şəxs hakim qarşısına çıxarılıb – FOTO – VİDEO
"Mercedes-Benz" şirkətinin Azərbaycan təmsilçisinin oğlu, Almaniya vətəndaşı Vüsal Şilderin 13 il əvvəl Bakıda qətlə yetirilməsi ilə bağlı açılan cinayət işində...
Ramiz Mehdiyevin CİNAYƏT İŞİ məhkəməyə göndərildi – Digər müttəhim kimdir?
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin bir sıra ağır cinayətlərdə ittiham olunduğu cinayət işi üzrə istintaq başa çatıb. Cenubtv.Az Gununsesi.info-ya...
Müəllimə gül almaq neçəyə başa gəlir? – Paytaxt mağazalarında son qiymətlər – VİDEO
"Bilik günü"ndə valideynlərin üz tutduqları əsas yerlərdən biri də gül dükanlarıdır. Hər il olduğu kimi, bu il də şagirdlər "Bilik...
Üzdə şişkinlik, dəridə səpgilər: Səbəb geyiminizdə gizlənə bilər – VİDEO
Geyindiyimiz paltarlar bəzən dərimizdə dərin izlər buraxır. Hətta üzdə və gözlərin ətrafında şişkinliyə gətirib çıxarır. Bəs bu əlamətlər hansı hallarda...
Cəlilabad rayon İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yeni təyinat.
Gözəl insan ,dəyərli dost Kazımov Vüsal Sizi Cəlilabad Rayon İcra Hakimiyyətinin nümayəndə müavini vəzifəsinə təyin olunmağınız münasibətilə səmimi qəlbdən təbrik...
Şəhər yollarında kiçikölçülü avtomobillərdən istifadə təhlükəlidir? – VİDEO
Son günlər sosial şəbəkələrdə kiçik ölçüləri və fərqli görünüşü ilə seçilən avtomobillər böyük marağa səbəb olub. Cenubtv.Az Baku TV-yə istinadən...
Average Rating