Bağ evində əyləncələr qonşuların əsəblərini tarıma çəkdi – VİDEO

Read Time:1 Minute, 7 Second

Yay mövsümündə bağ evlərinə tələbat artdıqca onların kirayəyə verilməsi bəzi hallarda sakinlərin narazılığına səbəb olur.

Baku TV-nin qaynar xəttinə daxil olan müraciətlərə əsasən, Buzovna qəsəbəsi, 43-cü məhəllə adlanan ərazidə yerləşən bağ evini kirayə götürən şəxslərin gecə saatlarınadək davam edən səs-küyü sakinlərin rahatlığını pozur.

 

 

Sakinlər iddia edirlər ki, ev sahibi ilə əlaqə saxlamağa çalışsalar da, bu cəhdlər nəticəsiz qalır.

İddialara görə, qonaqlar hovuzdan istifadə edərkən və küçədə gəzərkən əxlaq normalarına zidd, nalayiq davranışlar nümayiş etdirirlər.

“Gecəmiz, gündüzümüz yoxdur, qışqırıq və musiqi səsləri dayanmaq bilmir. Bir neçə dəfə ev sahibinə müraciət etmişik, lakin telefonlara cavab verilmir. Hər gün fərqli insanlar gəlirlər. Darvazanı döyüb xahiş edirik ki, səsi azaltsınlar, amma deyirlər ki, ev sahibi icazə verib, istədiklərini edə bilərlər”, – sakinlərdən biri bildirib.

Digər sakin isə qeyd edir ki, səs-küy ciddi narahatlıq yaradır: “Hovuzdan istifadə edirlər, bəzən küçədə çılpaq şəkildə gəzirlər. Sürətlə avtomobil idarə edirlər. Burada uşaqlar oynayırlar, amma təhlükəsizlik nəzərə alınmır”.

Hüquqşünas Vüsal Cəfərovun sözlərinə görə, İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsinə əsasən, yaşayış evlərində, küçələrdə və digər ictimai yerlərdə gecə saat 00:00-dan səhər saat 07:00-dək səs-küy salmaq, yüksək səslə musiqi çalmaq və ya digər yollarla ictimai asayişi pozmaq qadağandır. Hüquqşünas qeyd edib ki, bu qaydaları pozan fiziki şəxslər 150 manatdan 200 manatadək, vəzifəli şəxslər isə 2 000 manatdan 2 500 manatadək cərimə oluna bilərlər.

Loading

About Post Author

RÖVŞƏN MEHDIYEV

Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45 Mail:Cenubtv.az@gmail.com
Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %
Spread the love

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Previous post Cəlilabad Kənd məktəbinin yetişdirdiyi uğurlu qardaşlar”
Next post Futbolda ən çətin rəqib: Səndən əvvəl gələn əfsanə