Bağ evində əyləncələr qonşuların əsəblərini tarıma çəkdi – VİDEO
Yay mövsümündə bağ evlərinə tələbat artdıqca onların kirayəyə verilməsi bəzi hallarda sakinlərin narazılığına səbəb olur.
Baku TV-nin qaynar xəttinə daxil olan müraciətlərə əsasən, Buzovna qəsəbəsi, 43-cü məhəllə adlanan ərazidə yerləşən bağ evini kirayə götürən şəxslərin gecə saatlarınadək davam edən səs-küyü sakinlərin rahatlığını pozur.

Sakinlər iddia edirlər ki, ev sahibi ilə əlaqə saxlamağa çalışsalar da, bu cəhdlər nəticəsiz qalır.
İddialara görə, qonaqlar hovuzdan istifadə edərkən və küçədə gəzərkən əxlaq normalarına zidd, nalayiq davranışlar nümayiş etdirirlər.
“Gecəmiz, gündüzümüz yoxdur, qışqırıq və musiqi səsləri dayanmaq bilmir. Bir neçə dəfə ev sahibinə müraciət etmişik, lakin telefonlara cavab verilmir. Hər gün fərqli insanlar gəlirlər. Darvazanı döyüb xahiş edirik ki, səsi azaltsınlar, amma deyirlər ki, ev sahibi icazə verib, istədiklərini edə bilərlər”, – sakinlərdən biri bildirib.
Digər sakin isə qeyd edir ki, səs-küy ciddi narahatlıq yaradır: “Hovuzdan istifadə edirlər, bəzən küçədə çılpaq şəkildə gəzirlər. Sürətlə avtomobil idarə edirlər. Burada uşaqlar oynayırlar, amma təhlükəsizlik nəzərə alınmır”.
Hüquqşünas Vüsal Cəfərovun sözlərinə görə, İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsinə əsasən, yaşayış evlərində, küçələrdə və digər ictimai yerlərdə gecə saat 00:00-dan səhər saat 07:00-dək səs-küy salmaq, yüksək səslə musiqi çalmaq və ya digər yollarla ictimai asayişi pozmaq qadağandır. Hüquqşünas qeyd edib ki, bu qaydaları pozan fiziki şəxslər 150 manatdan 200 manatadək, vəzifəli şəxslər isə 2 000 manatdan 2 500 manatadək cərimə oluna bilərlər.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Beş hərbçiyə “general-mayor” ali hərbi rütbəsi verildi – ADLAR
Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına "general-mayor" ali hərbi rütbəsinin verilməsi haqqında Sərəncam imzalayıb. Cənubtv.Az President.az-a istinadən xəbər verir...
1iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Cəlilabad rayon UGiM də tədbir keçirilmişd
https://www.youtube.com/watch?v=CWeUs7MMwBU
Bakıda daha 3 məktəb direktoru işdən çıxarıldı
Cenubtv.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb. Bildirilib ki, paytaxtdakı ümumi təhsil müəssisələrində...
Sabirabadda Kürün səviyyəsi artdı: Bəzi ərazilər SU ALTINDA QALDI
Sabirabad rayonunda yağan intensiv leysan yağışları Kür çayının səviyyəsinin qalxmasına səbəb olub. Cenubtv.az Oxu.Az-a istinadən xəbər verir ki, Həşimxanlı və...
Yolu qaçaraq keçmək istəyən yeniyetməni avtobus VURDU
Yolu qaçaraq keçmək istəyən yeniyetməni avtobus vurub. Cenubtv.az Oxu.Az-istinadən məlumat verir ki, hadisə paytaxtın Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində qeydə...
Average Rating