Ət bazarında bahalaşma riski: Heyvanların sayı sürətlə azalır – VİDEO
Azərbaycanda iri və xırdabuynuzlu heyvanların sayında ciddi azalma müşahidə olunur. Statistik göstəricilərə əsasən, 2025-ci illə müqayisədə iribuynuzlu mal-qaranın sayı 0.9% azalıb. Son 10 ilin dinamikasına nəzər saldıqda isə xırdabuynuzlu heyvanların sayında 20-25%, iribuynuzlu heyvanlarda isə 7-8% azalma qeydə alınıb.
Cənubtv.Az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bildirilib.

Mütəxəssislər və təsərrüfat sahibləri bu azalmanın bir neçə əsas səbəbinin olduğunu bildirirlər:
– Yem bazasının və otlaq sahələrinin azalması: Təbii otlaq sahələrinin azalması və keyfiyyətli yemə olan tələbatın ödənilməməsi fermerləri çətin vəziyyətdə qoyur.
– Yemlərin bahalaşması: Arpa və otun qiymətindəki artım yem rasionunu bahalaşdırır.
– Yemlərdə keyfiyyətsiz qatqılar: Fermerlər bəzi hallarda yemlərə daş tozu və digər qatqıların vurulduğunu, bunun da heyvanların tələf olmasına səbəb olduğunu bildirirlər.
– Erkən kəsim: Heyvanların tam böyümədən, xüsusilə, damazlıq üçün yararlı olan dövrdə kəsimə göndərilməsi sürünün gələcəkdə azalmasına yol açır.
İqtisadçı Xalid Kərimli qeyd edib ki, əhalinin ətə olan tələbatının 25% civarında artdığı bir dövrdə mal-qaranın sayının azalması qiymət artımını labüd edir.
Milli Məclisin deputatı Aydın Hüseynov isə bildirib ki, damazlıq heyvanların qorunması, fermerlərə dəstəyin artırılması və kəsim məntəqələrində nəzarətin gücləndirilməsi vacibdir. Onun sözlərinə görə, erkən yaşda və çəkisi az olan heyvanların kəsiminin qarşısı alınmalıdır.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Dübəndidə dəniz sahilinin neftlə çirklənməsinin SƏBƏBİ AÇIQLANIB – RƏSMİ – VİDEO
İyunun 19-da "Azneft" İB-nin mərkəzi aparatının aidiyyəti xidmətlərinə Dübəndi çimərliyi ərazisində neftlə çirklənmə izlərinin müşahidə olunması barədə məlumat daxil olub. Cənubtv.Az xəbər verir...
Vens danışıqlarda mühüm irəliləyişin olduğunu bildirdi – VİDEO
ABŞ-nin vitse-prezidenti Cey. Di. Vens İsveçrədə İranla aparılan danışıqlarda mühüm irəliləyiş əldə olunduğunu bəyan edib. Cənubtv.Az bu barədə TASS agentliyinə istinadən...
Pakistan XİN başçısı ABŞ-İran razılaşmalarının TƏFƏRRÜATINI AÇIQLADI
"ABŞ və İran aparılan danışıqlar çərçivəsində Tehranın sərəncamında olan uran ehtiyatlarının zənginləşdirilməsi səviyyəsinin azaldılması barədə razılığa gəliblər". Cənubtv.Az xəbər verir ki,...
“Gəldim ki, hamısını alıblar, mənə heç nə çatmayıb” – Ucuzlaşan yumurta məsələsinə sakinlərdən REAKSİYA – VİDEO
Son günlər marketlərdə diqqətçəkən dəyişikliklərdən biri yumurta qiymətlərinin kəskin enməsidir. Bəzi satış məntəqələrində yumurtanın hətta bir qəpiyə təklif olunduğu bildirilir. ...
Trampın təhdidindən sonra İran nümayəndə heyəti danışıqları tərk etdi – FOTO – VİDEO
İran nümayəndə heyəti ABŞ Prezidenti Donald Trampın təhdid xarakterli açıqlamalarından sonra İsveçrənin Bürqenştok şəhərində keçirilən danışıqları tərk edib. Cənubtv.Az xəbər verir...
Flora Kərimova xəstəxanadan evə buraxıldı
Xalq artisti Flora Kərimova müalicə aldığı xəstəxanadan evə buraxılıb. Bu barədə Cənubtv.az Oxu.Az-a istinadən xəbər verir ki, sənətkarın köməkçisi Əli...
Average Rating