Bakıda dəhşətli qəza: Avtobus yaşlı qadının üzərindən keçdi – TƏFƏRRÜAT – VİDEO

Read Time:1 Minute, 18 Second

Bakıda baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırmalar aparılır.

Bu barədə Cənubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki,   Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib:

“Ayşən LTD” MMC-nin müvəqqəti istismarında olan 214 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobus piyada səkisinə çıxaraq 214A nömrəli avtobusdan düşən sərnişini vurub. Hadisə ilə əlaqədar təəssüfləndiyimizi bildiririk və həyatını itirən şəxsin yaxınlarına dərin hüznlə başsağlığı veririk.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır. Hadisənin başvermə səbəbləri və sürücünün hərəkətlərində hüquqi məsuliyyət doğuran hallar araşdırmanın nəticələrinə əsasən müəyyən ediləcək.

Sözügedən marşrutda mütəmadi olaraq sərnişindaşıma norma və qaydalarının pozulması halları baş verdiyindən marşrut xətti müsabiqəyə çıxarılıb. Artıq AYNA tərəfindən keçirilən müsabiqə nəticəsində 214 və 214A nömrəli marşrutlar üzrə yeni daşıyıcı müəyyən edilib. Yaxın günlərdə yeni daşıyıcı xətlərin istismarını həyata keçirəcək”.

Şükufə Süleymanlı

Bakıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

“Faktla bağlı Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. İstintaq hərəkətləri aparılır”, – məlumatda qeyd olunub.

Şükufə Süleymanlı

Bakıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-a istinaən  xəbər verir ki, hadisə Sabunçu rayonunun Ramana qəsəbəsi, Yeni Ramana yolunda qeydə alınıb.

Hadisənin videogörüntüləri sosial şəbəkədə bloqer Saleh Nəsirov tərəfindən paylaşılıb.

 

 

Belə ki, 214 saylı marşrut xətti üzrə hərəkət edən “Daewoo” markalı, 10-TG-815 dövlət qeydiyyat nişanlı avtobus piyadanın üzərindən keçib.

Hadisə nəticəsində 1951-ci il təvəllüdlü Bağda Sovin qızı aldığı ağır xəsarətlərdən hadisə yerindəcə həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Loading

About Post Author

RÖVŞƏN MEHDIYEV

Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45 Mail:Cenubtv.az@gmail.com
Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %
Spread the love

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Previous post Ət bazarında bahalaşma riski: Heyvanların sayı sürətlə azalır – VİDEO
Next post “Gəldim ki, hamısını alıblar, mənə heç nə çatmayıb” – Ucuzlaşan yumurta məsələsinə sakinlərdən REAKSİYA – VİDEO
Göztepe korsan taksi | hızlı ve uygun fiyatlı ulaşım. Nejčastější chyby při sušení prádla. ????.