Tarixi tənqidçilər – məktəblilərin media savadlılığının artırılmasına dəstək” layihəsinin bağlanış mərasimi keçirildi

Read Time:56 Second

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IX qrant müsabiqəsinin qaliblərindən biri olan “Tarixi tənqidçilər – məktəblilərin media savadlılığının artırılmasına dəstək” layihəsi uğurla başa çatdı. Layihənin bağlanış mərasimi Göytəpə şəhər Vasif Hüseynov adına 2 nömrəli tam orta məktəbdə təşkil olunaraq müəllimlər, valideynlər, şagirdlər və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirildi.

Layihə çərçivəsində təşkil olunan təlimlərə 5 ümumtəhsil məktəbindən 100 nəfər şagird cəlb olunmuşdur.

Bağlanış mərasumində layihənin məqsədləri və əldə olunan nəticələr təqdim olundu. Təlimlər zamanı şagirdlər:

Məlumatın etibarlılığını yoxlamağı, faktları araşdırmağı öyrəndilər;

Tənqidi düşüncə bacarıqlarını inkişaf etdirdilər;

Rəqəmsal təhlükəsizlik qaydaları ilə tanış oldular;

Məsuliyyətli paylaşım və media mədəniyyəti mövzularında biliklər qazandılar.Həmçinin” Tariximizə ekskursiya”infoturu çərçivəsində tarixi məkanlar haqqında verilən məlumatları real müşahidələrlə müqayisə etmək imkanı yaranmışdır.

Layihə çərçivəsində keçirilən tədbirlər şagirdlərin gündəlik həyatlarında daha savadlı, təhlükəsiz və məsuliyyətli media istifadəçiləri kimi formalaşmasına şərait yaratdı.

Bağlanış mərasimində çıxış edən layihə rəhbəri Gülnar Aslanova vurğuladı ki, bu təşəbbüs məktəblilərin informasiya bolluğu dövründə düzgün seçim etməsinə, yanlış məlumatlardan qorunmasına və sağlam media mühitində yetişməsinə mühüm töhfə verdi.

Layihənin nəticələri həm məktəb icması, həm də valideynlər üçün maarifləndirici əhəmiyyət daşıyır və gələcəkdə oxşar təşəbbüslərin genişlənməsinə zəmin yaradır.

Loading

About Post Author

RÖVŞƏN MEHDIYEV

Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45 Mail:Cenubtv.az@gmail.com
Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %
Spread the love

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Previous post “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində qanvermə aksiyası keçirilib
Infographics and visual learning systems. extra super p force bestellen 200 mg. ?ு?.