CƏLİLABAD RAYON VETERANLAR TƏŞKİLATI BEYNƏLXALQ ƏLİLLƏR GÜNÜ MÜNASİBƏTİ İLƏ TƏDBİR KEÇİRİB
Cəlilabad rayon Veteranlar Təşkilatı Qarabağ Qaziləri ictimai birliyinin Cəlilabad filialı ilə birlikdə 3 -Dekabr Beynəlxalq Əlillər Gününə həsr olunmuş tədbir keçirib. Rayon Veteranlar evində təşkil olunan tədbirdə Cəlilabad rayon icra hakimiyyətinin rəsmiləri əmək və müharibə veteranları ictimai birliklərin nümayəndələri və qələm adamları iştirak ediblər.
Tədbirdən öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla ehtiramla anılıb.
Rayon Veteranlar Təşkilatının sədri şair yurnalist Ədalət Salman çıxış edərək bildirib ki Beynəlxalq Əlillər Günü bütün dünyada hər il dekabrın 3-də qeyd edilir. Məqsəd ictimai həyatın bütün sahələrində əlillərin hüquqlarının qorunması və geniş ictimaiyyətin diqqətini onların problemlərinə yönəltməkdir. O, ölkəmizdə əlillərin sosial rifahının yaxşılaşdırılması mənzillə təmin olunması üçün dövlətimiz tərəfindən həmişə diqqət və qayğı göstərildiyini xüsusi vurğulayıb.
Əmək və müharibə veteranları çıxış edib kövrək təbəqəyə mənsub olan əlillərimizə həssaslıqla yanaşıb onlara hər cür qayğı göstərmək hamımızın müqəddəs borcu olduğunu bildiriblər.
Tədbirin sonunda müharibə əlillərindən bir qrupuna rayon Veteranlar Təşkilatının Fəxri Fərmanları təqdim olunub və xatirə şəkilləri çəkilib.
Təsiçi və Başredaktor Rövşən Mehdiyev
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Cəlilabad bələdiyyəsinin rəhbərliyində kadr dəyişikliyi baş tutub.
Cenubtv.az-ın əldə etdiyi məlumata görө, bələdiyyədə keçirilən iclasda qurumun sədr müavini Rafiq Rüstəmov səs çoxluğu ilə bələdiyyənin yeni sədri seçilib....
Cəlilabadda “20 oktyabr – Energetiklər Günü” qeyd edilib
Cəlilabad rayonunda “20 oktyabr – Energetiklər Günü” qeyd edilib. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov, aparat əməkdaşları, hüquq-mühafizə orqanlarının...
17 oktyabr 2026 qəhrəman şəhid Cəfərov Ayxan Camaləddin oğlunun anım günü
17 oktyabr 2026-cı il tarixində qəhrəman şəhidimiz Cəfərov Ayxan Camaləddin oğlunun anım günümərasimi Cəlilabad rayonunun Üçtəpə kəndində, ata ocağında...
Cəlilabadda 18 oktyabr – Müstəqilliyin Bərpası Gününün 35-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
https://youtu.be/RPVVvpsf-K8
12.10.2026-cı il Qəhrəman Şəhid Orxan Nazim Oğlu Paşazadənin mövlud günü tədbiri
Cəlilabad rayonu Cəfərxanlı kəndində ata evində keçirildi. Paşazadə Orxan Nazim oğlu 12 oktyabr 1996-cı ildə Cəlilabad rayonunun Cəfərxanlı kəndində dünyaya...
Average Rating