Vulkan Antarktidadakı İspaniya hərbi bazasını təhdid edir
ntarktidadakı Desepşn adasında keçmişdə Çili və Böyük Britaniyada tədqiqat stansiyalarını dağıdan vulkan Antarktidadakı İspaniya hərbi bazasını təhdid edir.
Oxu.Az xəbər verir ki, bu barədə “El Pais” məlumat verib.
Qeyd olunub ki, elm adamları və hərbçilər vulkanın fəaliyyətini yaxından izləyirlər. Kadis Universitetinin vulkanoloqu Belen Rosado, maqmanın hərəkətinin adanın deformasiyaya uğramasına səbəb olur ki, bu səbəbdən vulkanın ağızı vaxtaşırı açılıb bağlanır.
Vulkanoloqlar qrupu uzun illər ərzində İspaniya bazası ilə Cənubi Okeanın su basdığı kalderanın 6 kilometrliyində yerləşən dağılmış Çili stansiyası arasındakı məsafəni ölçmüşlər. 2019-2020-ci illərdə deformasiya kritik həddə çatıb və vulkanik aktivlik siqnalı yaşıldan sarıya dəyişib. Rosadonun sözlərinə görə, proses davam etsəydi, yerdəyişmə ildə 20 sm ola bilərdi ki, bu da son dərəcə təhlükəlidir.
İspaniya Milli Tədqiqat Şurasından vulkanoloq Ramon Ortis qeyd edib ki, adada gündə 80-ə qədər zəlzələ baş verir. Onun fikrincə, bu, yaxın gələcəkdə adanı su basa biləcək böyük püskürmə riskin olduğunu göstərir. Bu il vulkanın aktivliyi azalıb, vulkanın ağzı 4 santimetr kiçilib, lakin elm adamları hələ də təşviş içindədirlər.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Cəlilabadda 18 yaşlı gənc çayda boğularaq həyatını itirdi.
https://youtu.be/9w9gymmzBEw
Cəlilabad Rayon Peşə Məktəbində keçirilən “Giləmeyvə Açıq Qapı Günü” tədbiri keçirilmişdir
https://youtu.be/25d-fVy9RuI
Cəlilabadda 28 May-Müstəqillik Gününün 108-ci ildönümü qeyd edilib
https://www.youtube.com/watch?v=J7KViWRg2eM
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cəlilabad Tibb Kolleci tədbir keçirilmişdir.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cəlilabad Tibb Kolleci tələbələrinin birgə əməyi ilə ərsəyə gələn bu möhtəşəm flaşmob gənclərin enerjisini, komanda ruhunu...
Cəlilabadda Ümummilli Liderin anadan olmasının 103-cü ildönümü qeyd edildi VİDEO
https://youtu.be/3zZuEa4nU1s
Average Rating