Fransaya casusluqda təqsirləndirilən şəxslər məhkəmədə bir-birlərini ittiham ediblər

Read Time:1 Minute, 0 Second

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başladılan cinayət işi üzrə Fransaya casusluqda ittiham edilən Martin Ryan və Azad Məmmədlinin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Cenubtv APA -ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Azad Məmmədli ifadə verib.

Mən onlardan şübhələnsəm də, casus olduqlarını bilmirdim

O bildirib ki, Loran Lödi ilə onu Martin Ryan görüşdürüb: “Martin mənə dedi ki, Loran da Moskvada mənim təhsil aldığım universitetdə təhsil alıb. Həm Loran Lödi, həm də Frederik Devosu mənimlə Martin tanış edib. Onların hər ikisini mənə Fransa səfirliyinin əməkdaşı kimi təqdim edib. Martin də onların tapşırıqlarına əsasən, azərbaycanlıları tora salıb. Loran Lödi ilə görüş zamanı o, mənə Rusiya ilə bağlı suallar verdi və mənə həmin əlaqələrdən istifadə etməklə məlumatlar əldə etməyimi və onlara verməyimi istədi. Lakin mən onlara rədd cavabı verdim. Martini isə özümə yaxın bilmişəm. Amma onların sualları məndə şübhə yaratdığı üçün rədd cavabı verdim. Baş verənlər barədə məlumat vermədiyim üçün peşmanam. Onlara rədd cavabı verməklə işin yekunlaşdığını fikirləşdim. Həmçinin onlar mənə Bişkekdə keçirilən Avrasiya İqtisadi Forumu ilə bağlı suallar verdilər. Bunun Azərbaycana aidiyyəti olmadığı üçün nəzərə almadım. Mən onlardan şübhələnsəm də, casus olduqlarını bilmirdim. Məndən gələcək planlarım haqqında soruşanda onlarla bölüşmüşəm”.

Loading

About Post Author

RÖVŞƏN MEHDIYEV

Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45 Mail:Cenubtv.az@gmail.com
Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %
Spread the love

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Previous post 5-ci sinif şagirdi sizdən kömək gözləyir: Ana övladı üçün təkbaşına çırpınsa da, bacara bilmir
Next post Vulkan Antarktidadakı İspaniya hərbi bazasını təhdid edir
豐富的資訊:師傅會定期在youtube頻道[ 玄機 分享 ]分享各種知識和經驗,讓您瞭解更多有趣的內容。. Diet crash warning ! ! ⚠️.