Hansı giləmeyvə görmə qabiliyyətinə zərər verir?
Giləmeyvələrin gözlər üçün faydalı olduğu hesab edilir, lakin onların bəzi növləri əks təsir göstərə bilər.
Cenubtv.az Oxu.Az- istinadən xəbər verir ki, bu barədə NEWS.ru-nun dərc etdiyi yazıda məlumat verilir.
Bildirildiyinə görə, həkimlər hətta qaragilənin belə bəzən təhlükəli ola biləcəyinə dair xəbərdarlıq edirlər.
Beləliklə, görmə qabiliyyətinə əslində zərər verə bilən giləmeyvələr aşağıdakılardır:
– Supermarketlərdən alınan dondurulmuş giləmeyvələr. Bu giləmeyvələrdə olan pestisidlər çox vaxt gözün torlu qişasında yığılıb qalır. Aşağı keyfiyyətli dondurulmuş qaragilə xüsusilə təhlükəlidir, çünki düzgün dondurulmadıqda faydalı antosianların 70 faizədək hissəsini itirirlər;
– Giləmeyvəli az yağlı süd məhsulları. Yağ olmadıqda (xama, qaymaq) A vitamini giləmeyvələrdən udulmur və bu da gecə korluğuna (toyuq korluğu) səbəb ola bilər;
– Yüksək şəkər tərkibli giləmeyvələr (üzüm, albalı). Qlükozanın kəskin sıçrayışları gözlərin mikrodamarlarını zədələyir.
Həkimlər, həmçinin xatırladırlar ki, sağlam giləmeyvələr belə həddindən artıq qəbul edildikdə torlu qişada allergik reaksiyalara səbəb ola bilər. Optimal doza gündə 100-150 qram təşkil edir. Hər hansı bir sağlamlıq problemi yarandıqda isə həkimə müraciət etmək tövsiyə olunur.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Cəlilabad rayonunda təhsil işçilərinin konfransı keçirilib
27 avqust 2026-cı il tarixində Lənkəran-Astara Regional Təhsil İdarəsinin Cəlilabad rayonu üzrə təhsil sektorunun əməkdaşlarının və rayonun təhsil işçilərinin iştirakı...
Zaqatalada minik və yük avtomobilləri toqquşub – VİDEO
Zaqatalada yol-nəqliyyat hadisəsi olub. Cenubtv.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə Zaqatala-Qax avtomobil yolunda, "Naib bulaq" adlanan ərazidə qeydə alınıb. QAZ-31...
Qəbələdə həmkəndlisinin xanımı ilə münasibəti olan müəllim HƏBS EDİLDİ
Qəbələdə həmkəndlisinin xanımı ilə münasibəti olan kişi həbs edilib. Cenubtv.Az Lent.az-a istinadən xəbər verir ki, rayonun kəndlərindən birinin sakini, Ədalət Mirişov...
Ağsuda asfalt örtüyündə dərin çatlar və çökmələr əmələ gəlib – VİDEO
Ağsu aşırımında baş verən sürüşmə avtomobil yoluna da təsirsiz ötüşməyib. Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu aşırımından keçən hissəsində, yolun 147 və...
“Doğuş” edən oyuncaqlar görənləri şoka saldı: “Açıq-aşkar cəmiyyəti pozurlar” – VİDEO
Uşaqlar üçün nəzərdə tutulan bəzi oyuncaqlar valideynlər arasında ciddi müzakirələrə səbəb olub. Söhbət hamiləlik və doğuş prosesini imitasiya edən kuklalardan...
İranda daha bir etirazçı edam edildi – FOTO
İranın Məhkəmə-Ədliyyə Sisteminin mətbu orqanı olan "Mizan Online" 2026-cı ilin yanvarında saxlanılan etirazçı Məcid Adinənin dar ağacından asıldığını açıqlayıb. Cenubtv.Az bu...
Average Rating