Sürücülərin NƏZƏRİNƏ: Bakının bir neçə prospektində hərəkət məhdudlaşdırılacaq – YENİLƏNİB
Aprelin 30-da saat 08:00-dan 01 may saat 20:00-dək Nizami rayonu, Qara Qarayev prospektində (YAP-ın təşkilatının inzibati binasının önü) aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb.
Qeyd olunub ki, mayın 1-də saat 08:00-dan saat 20:00-dək Heydər Əliyev prospektində Bağırov körpüsünün çıxış hissəsində (Koroğlu yol qovşağı istiqamətində) aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
12:00
Bakıda üç marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir.
Bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb.
Bildirilib ki, sabah saat 08:00-dan mayın 1-i saat 20:00-dək Azadlıq prospektində aparılacaq təmir işləri ilə əlaqədar sözügedən prospektin Sahib Zeynalov küçəsindən İzzət Həmidov küçəsinədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq qismən məhdudlaşdırılacaq.
Aparılacaq təmir-tikinti işləri ilə əlaqədar adı çəkilən prospektdə nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət tətbiq ediləcəyi halda, həmin ərazidə fəaliyyət göstərən 4, 85 və 88 nömrəli müntəzəm marşrutların hərəkət sxemində müvafiq dəyişikliklər olunaraq fəaliyyətləri alternativ küçələrlə təşkil ediləcək.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Cəlilabad bələdiyyəsinin rəhbərliyində kadr dəyişikliyi baş tutub.
Cenubtv.az-ın əldə etdiyi məlumata görө, bələdiyyədə keçirilən iclasda qurumun sədr müavini Rafiq Rüstəmov səs çoxluğu ilə bələdiyyənin yeni sədri seçilib....
Cəlilabadda “20 oktyabr – Energetiklər Günü” qeyd edilib
Cəlilabad rayonunda “20 oktyabr – Energetiklər Günü” qeyd edilib. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov, aparat əməkdaşları, hüquq-mühafizə orqanlarının...
17 oktyabr 2026 qəhrəman şəhid Cəfərov Ayxan Camaləddin oğlunun anım günü
17 oktyabr 2026-cı il tarixində qəhrəman şəhidimiz Cəfərov Ayxan Camaləddin oğlunun anım günümərasimi Cəlilabad rayonunun Üçtəpə kəndində, ata ocağında...
Cəlilabadda 18 oktyabr – Müstəqilliyin Bərpası Gününün 35-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
https://youtu.be/RPVVvpsf-K8
12.10.2026-cı il Qəhrəman Şəhid Orxan Nazim Oğlu Paşazadənin mövlud günü tədbiri
Cəlilabad rayonu Cəfərxanlı kəndində ata evində keçirildi. Paşazadə Orxan Nazim oğlu 12 oktyabr 1996-cı ildə Cəlilabad rayonunun Cəfərxanlı kəndində dünyaya...
Average Rating