Bakıda sərxoş şəxs küçədə iki xəstə qardaşı bıçaqladı
Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda iki qardaşa xəsarət yetirməkdə təqsirləndirilən Üzeyir Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Cenubtv.az Oxu.Az-a istinadən məlumatına görə, hakim Leyla Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə Ü.Məmmədov 4 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisindəki parkda baş verib.
Şəhər sakini Ü.Məmmədov Dəniz adlı sevgilisi ilə birlikdə spirtli içki qəbul edərək parkdakı söhbətgahda əyləşərək yenidən yemək yeyib, içki qəbul etməyə başlayıb. Həmin vaxt söhbətgahda Nicat və Rəşad adlı iki qardaş da olub. Üzeyir söhbətgahda olan pişiyi söydüyü üçün tərəflər arasında mübahisə yaranıb. Mübahisə nəticəsində Üzeyir epilepsiya xəstəsi olan Rəşada bıçaqla xəsarət yetirib. Rəşadın epilepsiya keçirdiyini görən kar və lal olan qardaşı Nicat ona yardım etmək istəyərkən Üzeyir onu da bıçaqlayıb.
Keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ü.Məmmədov saxlanılıb.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Azərbaycanda ürək fəaliyyəti dayanmış şəxsin həyatı xilas edilib – Anbaan görüntüsü
Bərdə Rayon Mərkəzi Xəstəxanasında ürək fəaliyyəti dayanmış şəxsin həyatı xilas edilib. Cenubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Tibbi...
Bakıda 18 yaşlı qızın meyiti tapıldı
Bakıda 18 yaşlı qızın meyiti tapılıb. hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb. Ramana qəsəbə sakini 2008-ci il təvəllüdlü Angela Namid...
Şəhər yollarında kiçikölçülü avtomobillərdən istifadə təhlükəlidir? – VİDEO
Son günlər sosial şəbəkələrdə kiçik ölçüləri və fərqli görünüşü ilə seçilən avtomobillər böyük marağa səbəb olub. Cenubtv.Az Baku TV-yə istinadən...
Hacıqabulda dəhşət: Rəis müavini faciəli şəkildə öldü
Hacıqabul rayonunda 42 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb. hadisə bu gün səhər saatlarında Hacıqabul rayonunun Qarasu kəndində dəmiryol xəttinin...
Ağdərədə mina partlaması nəticəsində xəsarət alan şəxsin vəziyyəti açıqlandı
Ağdərədə mina partlaması nəticəsində xəsarət alan şəxsin vəziyyəti açıqlanıb. Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib. Bildirilib ki,...
“Qara duman” yaradan avtobusla bağlı tədbir görüldü – VİDEO
Bakıda Mərdəkan şosesində hərəkət edən avtobusun aşırı dərəcədə qara tüstü buraxması ilə bağlı rəsmi açıqlama verilib. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən...
Average Rating