Erməni revanşizminə güclü zərbə

Read Time:1 Minute, 30 Second

Azərbaycan xalqının qəhrəmanlıq rəmzi olan Şuşa şəhərində dünya Azərbaycanlılarının V Qurultayının – Zəfər Qurultayının keçirilməsi tarixi hadisəyə çevrildi. Ermənistanın siyasi dairələri Şuşada keçirilən Zəfər qurultayı ilə bağlı ciddi narahatlıq keçirirlər.
Güclü Ordumuzun, rəşadətli əsgərlərimizin və nəhayət, dövlət başçımızla xalqımızın bir, həmrəy olmağımızın nəticəsi idi ki, 8 noyabr-10 noyabr tarixi günün sabahı da əvvəlki sabahlardan fərqli oldu. 30 illik həsrətimizə son qoyuldu! Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə Ermənistan siyasi rəhbərliyinə, erməni xalqına müraciət edərək, onları münaqişənin sülh yolu ilə həll olunmasına çağıraraq bildirirdi ki, qan tökülmədən torpaqlarımızdan çıxın. Bizim başqasının torpağında gözümüz yoxdur. Ancaq işğalçı, rəzil, mənəviyyatsız və terrorçu düşmən dövlət Ermənistan bunu anlamadı. Dövlət başçımız dəfələrlə “düz yola gəl” dedi, yenə də qanmadı. Belə olan halda, Ali Baş Komandanımızın dediyi kimi “Çünki düşmən bizim qarşımızda acizdir. Düşmənin belini qırırıq, qıracağıq!”.
Amma reallıq dəyişmir, yəni qalib Azərbaycan yeni tarix yaradır və yazır. Şuşada Qarabağ zəfəri, milli həmrəylik, xalq-lider birliyi və Azərbaycanın qüdrəti nümayiş etdirildi. Bu, mənəvi-siyasi əhəmiyyətə, rəmzi mənaya malik olmaqla yanaşı, dövlətçilik tariximizin mühüm səhifələrindən birinə çevrildi. Zəfər qurultayı tariximizə qızıl hərflərlə yazılan mühüm hadisələrdən biri kimi daxil olacaq.
Ermənistanda hərdənbir baş qaldıran revanşist qüvvələr bilməlidirlər ki, bu, Ermənistan üçün yeganə çıxış yoludur və bəlkə də son şansdır. Əgər bundan imtina etsələr, onda biz də Ermənistanın ərazi bütövlüyünü tanımayacağıq, bunu rəsmən bəyan edəcəyik. İkinci Qarabağ müharibəsinin nəticələrini nəzərə alaraq Ermənistan tərəfi yaxşı başa düşməlidir ki, bu addım nəyə gətirib çıxaracaq”, – dövlət başçısı əlavə edib.
Bir sözlə, Dünya Azərbaycanlılarının Şuşada bir araya gəlməsinin böyük tarixi, siyasi və mənəvi əhəmiyyəti olacaq. Çünki Azərbaycan qalib ölkədir və diaspor fəaliyyəti Qələbəmizin daha da möhkəmlənməsi istiqamətində dövlətimizin başçısının apardığı siyasi kursuna uyğun formalaşdırılıb. Azərbaycan dövləti, Azərbaycan xalqı qalib dövlət, müzəffər xalq kimi kimi əbədi yaşayacaq. Xalq öz torpaqlarındadır. Bu torpaqda möhkəm dayanıb və heç kim heç vaxt bu torpaqlardan xalqımızı tərpədə bilməz.
Zakir Əliyev, əmək veteranı

Loading

About Post Author

RÖVŞƏN MEHDIYEV

Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45 Mail:Cenubtv.az@gmail.com
Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %
Spread the love

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Previous post Zəfər artıq Azərbaycanın mənəvi-siyasi simvoludur
Next post DİN-dən Bərdədə zibillikdə tapılan qadınla bağlı AÇIQLAMA – YENİLƏNİB + FOTO
Kontakt z redakcją wiadomosci lodz. Calum von moger vs sadik hadzovic workout motivation 2017.