Bərdədə baş vermiş qəzada xəsarət alanların kimliyi məlum olub – YENİLƏNİB + FOTO
Bərdədə baş verən ağır qəzada yaralananların kimliyi məlum olub.
“Report”un məlumatına görə, qəza zamanı 1996-cı il təvəllüdlü Səxavət Novruz oğlu Əliyev, 2003-cü il təvəllüdlü Ömər Vüqar oğlu Abbasov, 2003-cü il təvəllüdlü Elşən Arif oğlu Allahverdiyev, 1991-ci il təvəllüdlü Elçin Natiq oğlu Qasımov xəsarət alıblar.
Yaralılar Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Qəza zamanı həmçinin iki nəfər ölüb.
Faktla bağlı araşdırma aparılır.
20:56
Bərdədə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Report” xəbər verir ki, hadisə rayonun Saatlı kəndi ərazisində qeydə alınıb. Belə ki, VAZ-2107 markalı avtomobillə “Mercedes-Benz” markalı nəqliyyat vasitəsi toqquşub.
Qəza nəticəsində iki nəfər ölüb, dörd nəfər ağır yaralanıb.
Xəsarət alanlar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Hazırda faktla bağlı araşdırma aparılır.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Keçmiş sevgilisini öldürməyə cəhd edən şəxs HƏBS OLUNDU: “Mismarla gözünü çıxarmaq istəyirdim”
Bakıda adam öldürməyə cəhddə təqsirləndirilən 40 yaşlı Ziya Həsənovun (bütün ad-soyadlar şərtidir) məhkəməsində dəhşətli faktlar üzə çıxıb. Cənubtv.Az "Qafqazinfo"ya istinadla xəbər...
Autizmli uşağını bağçaya qoyub qayıdırdı: Dəhşətli qəzanın DETALLARI – GÖRÜNTÜLƏR
Bu gün səhər saatlarında Abşeron rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı yeni detallar məlum olub. ,...
Binədə üç avtomobilin toqquşmasının ANBAAN GÖRÜNTÜLƏRİ
Bakının Xəzər rayonu, Binə qəsəbəsində baş verən zəncirvari yol-nəqliyyat hadisəsinin bəzi detalları məlum olub, hadisə Binə Atçılıq yaşayış massivində baş...
Qara dənizdə batan gəmidən azərbaycanlıların xilasedilmə GÖRÜNTÜLƏRİ
Qara dənizdə Azərbaycan vətəndaşlarının da olduğu "Svetoslava" adlı quru yük gəmisi batma təhlükəsi ilə üzləşib. Gəminin göyərtəsindəki 13 ekipaj üzvü...
Gəncədə 64 yaşlı qadın PULA GÖRƏ QƏTLƏ YETİRİLDİ? – Şübhəli OĞLUDUR – VİDEO.
Gəncədə 64 yaşlı Laləzər Verdiyevanın qətlinin bəzi detalları məlum olub. Baku TV-nin məlumatına görə, bazarda çalışan və L.Vediyevanı tanıyan şəxslər...
Bakıda tikilidə YANĞIN: 36 yaşlı kişinin meyiti TAPILDI – VİDEO
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu, Əcəmi Naxçivani küçəsində tikilidə yanğın baş verməsi barədə...
Average Rating