DYP-dən təhlükəsizlik kəməri ilə bağlı sürücülərə ÇAĞIRIŞ
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi təhlükəsizlik kəməri ilə bağlı müraciət edib.
Cenubtv.az Oxu.Az-a istinadən xəbər verir ki, müraciətdə deyilir:
“Təhlükəsizlik kəməri bizi həyata bağlayan bağdır. Müasir avtomobillər uzun inkişaf yolu keçsə də, passiv təhlükəsizlik sisteminə aid olan təhlükəsizlik kəməri bu gün də sürücü və sərnişinləri qoruyan əsas vasitələrdən biridir. Dəfələrlə təsdiq olunub ki, yol-nəqliyyat hadisələrində təhlükəsizlik kəmərindən istifadə edən sürücü və ya sərnişinlər kəmərdən istifadə etməyənlərə nisbətən daha yüngül xəsarət alır. Bir çox hallarda isə onlar məhz kəməri bağladıqları üçün sağ qalır.
Təəssüflə qeyd etməliyik ki, 2023-cü il ərzində yol-nəqliyyat hadisələrində həlak olan sürücü və sərnişinlərin 32,1 faizi, yaralananların isə 31 faizi təhlükəsizlik kəmərini bağlamayan şəxslər olublar.
Qanunvericiliyin tələbinə əsasən, bir neçə hal istisna olmaqla sürücü və sərnişinlər avtomobildə təhlükəsizlik kəmərini bağlamalıdır. Bununla yanaşı, sürücü hərəkətə başlamazdan əvvəl avtomobildə olan sərnişinlərin təhlükəsizlik kəmərlərini bağlamalarını təmin etməlidir. Yəni, ən azından sürücü bu barədə sərnişinlərə xəbərdarlıq etməlidir.
Hərəkət vaxtı sərnişinlərinin təhlükəsizlik kəmərlərini bağlamalarına nail olan sürücü, həm qanunun tələbini yerinə yetirir, həm də gələcəkdə özü üçün yarana biləcək hüquqi problemlərin qarşısını alır. Sərnişinlər də təhlükəsizlik kəmərini bağlamaqla özlərinin həyat və sağlamlıqlarını, sürücüləri isə hüquqi məsuliyyətdən sığortalamış olurlar.
Unutmayaq ki, təhlükəsizlik kəməri avtomobildə hərəkət zamanı bizi həyata bağlayan bağdır”.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Cəlilabad şəhərində növbəti “Sağlam məhəllə” idman zonasının açılış mərasimi keçirilib
Cənubtv.Az xəbər verir ki, 24 iyun 2026-cı il tarixində Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən həyata keçirilən “Sağlam məhəllə” layihəsi...
Hərbi xidmətdə yaralandığını deyən Biləsuvar sakini niyə əlillik ala bilmir? – VİDEO
Biləsuvar sakini Aqşin Abdullazadə hərbi xidmət zamanı yaralandığını və səhhətində ciddi problemlər yarandığını bildirir. O, əlillik statusunun təyin olunması ilə...
Əlindəki telefonu qəsdən hərəkətdə olan avtomobilə vuraraq pul tələb edən şəxs SAXLANILDI – VİDEO
Bakıda əlindəki telefonu qəsdən hərəkətdə olan avtomobilə vuraraq sonradan sürücüdən pul tələb edən şəxs saxlanılıb. Cənubtv.Az Oxu.Az-a istinadən xəbər verir...
Bakıda söküntü qalmaqalı: Tikinti şirkətinə qarşı cinayət işi açılıb – VİDEO
Vətəndaş Tahir Xudiyev Baku TV-yə açıqlamasında iddia edib ki, 2016-cı ildə ona məxsus əmlak sökülərkən yerində tikiləcək yeni yaşayış binasından...
İlkin İsmayılov vəzifəsindən azad edildi
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktoru vəzifəsindən azad edilib. Cənubtv.Az APA-ya istinadən xəbər verir ki, bununla bağlı TƏBİB-in icraçı direktoru Anar...
Trampdan İrana sərt ultimatum: Bir fakt bütün danışıqları çökdürə bilər
"İran rəhbərliyi gəmilərin Hörmüz boğazından keçidi üçün heç bir ödəniş tələb etmədiyinə dair ABŞ-yə zəmanət verib. Əgər rüsumların hələ də...
Average Rating