Bakıda vəzifəli qadının əkiz uşaqlarını döyən dayə həbs edildi

Read Time:1 Minute, 2 Second

Bakıda vəzifəli qadının əkiz övladlarını döyən dayə ilə bağlı məhkəmə qərar verib.

“Qaynarinfo”nun məlumatına görə, Afaq Əhmədpaşayeva 1976-cı il təvəllüdlü Sənubər (şərti-ad) adlı qadını 2023-cü il təvəllüdlü əkiz övladlarına baxılması üçün dayə tutub. Sənubər 5 il dayə fəaliyyəti ilə məşğul olub.  O, bir ay müddətində Səbail rayonunda yaşayan Afaq Əhmədpaşayevanın evində iki azyaşlı övladına dayəlik edib. Əkizlərin anası övladlarının  bədənində xəsarət izlərinin olmasından narahat olmağa başlayıb. O, mənzilin müşahidə  kameralarına baxan zaman məlum olub ki, uşaqlarından biri ağladığı üçün baxıcı qadın onların başına əli ilə vurub və onlara fiziki xəsarət yetirib. Afaq Əhmədpaşayeva dərhal dayə ilə bağlı Daxili İşlər Nazirliyinin Səbail Rayon Polisi İdarəsinin 41-ci Polis Bölməsinə şikayət ünvanlayıb.

Dayə barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi protokol tərtib olunaraq, iş məhkəməyə göndərilib. Məhkəməyə təqdim edilən videogörüntüyə baxış keçirilib. Müəyyən edilib ki, dayə gecə saat 00:30-da azyaşlı uşaqların birinin baş nahiyəsinə əli ilə şillə vurub.

Məhkəmədə təqsirləndirilən şəxs əməlindən səmimi peşman olduğunu, azyaşlını vurduğunu təsdiqlədiyini, lakin xəsarət yetirmədiyi bildirib.

Buna görə uşaqların anasından üzr istədiyini deyib.

Məhkəmənin hökmü ilə, dayə İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib və 15 gün müddətinə inzibati qaydada həbs edilib.

Əldə etdiyimiz məlumata görə, Afaq Əhmədpaşayeva tibbi mağazalar şəbəkəsinin insan resursları şöbəsinin müdiridir.

Loading

About Post Author

RÖVŞƏN MEHDIYEV

Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45 Mail:Cenubtv.az@gmail.com
Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %
Spread the love

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Previous post Gürcüstanda hava şarı yerə düşüb, ölənlər var – FOTO
Next post “Fukusima-1” AES-də radioaktiv suyun sızması qeydə alınıb
Punkty wymazowe w Łodzi i regionie wiadomości Łódź. (this is fitness channel to motivate you to achieve your.