Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə ilə Azərbaycan arasında Ermənistan ərazisindən keçən nəqliyyat əlaqələrinin tərəfdarı olduğunu bildirib.

“Ermənistan Arazdəyən-Sədərək-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun açılmasının əleyhinə deyil, əksinə, biz bunun tərəfdarıyıq. Bu, Ermənistan üçün çox mühüm layihədir. Biz doğrudanmı regionda nəqliyyat kommunikasiyalarının açılmasının əleyhinəyik? Xeyr, biz Türkiyə ilə Azərbaycan, eləcə də Naxçıvan və Azərbaycanın qərb bölgələri arasında Ermənistan ərazisindən kommunikasiyanın qurulmasının tərəfdarıyıq”, – deyə Paşinyan parlamentdə deyib.

O, regional kommunikasiyaların, qaz və neft kəmərlərinin, elektrik şəbəkələrinin Ermənistan ərazisindən keçməsinin əleyhinə olmadığını bəyan edib. Bir şərtlə ki, kommunikasiya xətləri keçəcək ölkələrin suverenliyinə hörmətlə yanaşılsın.

Loading

Spread the love

By RÖVŞƏN MEHDIYEV

Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45 Mail:Cenubtv.az@gmail.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir