Bu cərimə iki yüz manatdan dörd yüz manatadək artırılır: Mayın 1-dən qüvvəyə minəcək
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilib.
Cenubtv.az Turkustan.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev qanunu imzalayıb.
Dəyişikliyə əsasən, məcəlləyə 279.0.1-1 (qaz qurğuları və qaz xətlərinə, tüstü bacalarına, habelə havalandırma və havadəyişmə xətlərinə müayinə və texniki xidmət qaydalarının pozulmasına) maddəsi əlavə edilir.
Bundan başqa, qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab vermədiyinə görə ətraf mühitə, insanların sağlamlığına və ya əmlakına təhlükə törədən qaz qurğularının və qazla bağlı fəaliyyətlərin dayandırılması və müəyyən olunmuş müddətə qaydaya salınması barədə qaz təchizatı üzərində nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının qərarlarının yerinə yetirilməməsinə görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək, hüquqi şəxslər iki min beş yüz manatdan üç min manatadək məbləğdə cərimə edilir.
Buna qədər həmin maddənin tələblərini pozan fiziki şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilirdi.
Bu Qanun 2022-ci il mayın 1-dən qüvvəyə minir.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Azərbaycan Respublikasının birinci xanımı Birinci xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva Diplomatiya Forum iştirak ediblər
https://www.youtube.com/watch?v=smW4YHWFa0w Aprelin 18-də Türkiyənin Antalya şəhərində keçirilən Antalya Diplomatiya Forumu çərçivəsində “Fələstində sülh naminə birləşərək: Təhsil sisteminin məhv edilməsi ilə...
Azərbaycan Respublikasının Prezident-ilə xanımı Antalya Diplomatiya Forumunun açılış mərasimində iştirak etdilər
Aprelin 17-də Türkiyənin Antalya şəhərində 5-ci Antalya Diplomatiya Forumunun açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban...
Cənubi Qafqazda real sülh mövcuddur, Azərbaycan səylərini davam etdirəcək
"Qafqazda sülh şəraitində yaşamağı öyrənirik". cenubtv.az APA -ya istinadən xəbər verir ki, APA-nın Türkiyəyə ezam olunmuş əməkdaşı xəbər verir ki,...
Rusiyada 11 il axtarışda olan narkotacir Azərbaycanda saxlanılıb, ekstradisiyası gözlənilir
Rusiya Federasiyası ərazisinə bir neçə yüz kiloqramdan artıq heroini gətirməkdə təqsirli bilinən Tacikistan vətəndaşı Emomov Taqaymurod Azərbaycanda saxlanılıb. Bu barədə...
Fransaya casusluqda təqsirləndirilən şəxslər məhkəmədə bir-birlərini ittiham ediblər
Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başladılan cinayət işi üzrə Fransaya casusluqda ittiham edilən Martin Ryan və Azad Məmmədlinin cinayət işi üzrə növbəti məhkəmə...
“WhatsApp” mesajlarının qorunmasının yaratdığı fəsad aşkarlanıb
"WhatsApp" messencerində və "Meta" şirkətinin digər məhsullarında mesajların məxfiliyinin qorunması məqsədilə şifrələnməsi itkin düşən və ya problemlərlə üzləşən uşaqlar barədə...
Average Rating