Cenubtv.az: Məktəb direktoru möhürü təhvil vermədi, deyir ki, 2 min dollar vermişəm….

Rayon Təhsil Şöbəsinin müdiri Rauf Məmmədov sabiq nazir  Ziya Məmmədovun adamıdır…

Ucar  rayon təhsilində baş verənləri araşdırmaq  üçün  media üzərindən xırda bir araşdırma aparanda  dəhşətə gəldik.
60  yaşlı məktəb direktoru Tapdıq İsayev  8-ci sinifdə oxuyan məktəbli qızı dəfələrlə  kabinetinə çağıraraq deyir ki, sinəni aç baxım.
8-ci sinifdə  oxuyan qızın atası deyir ki, birinci dəfə qızımı tənəffüsdə otağına çağırıb, getməyib:
“Sonra dərs vaxtı adam göndərib ki, qızım otağına getsin. Qızım otağına gedəndə isə deyib ki, sənin atan səni oxutdurmayacaq. Mən səni oxutduracam, qiymətlərinin yazılmasına kömək edəcəm. Sonra da onun sinəsinə baxıb və deyib ki, sinəni aç. Qızım qorxub, otağından çıxıb. Olanları da ağlaya-ağlaya anasına danışıb. Məndən gizlədib ki, birdən gedib direktoru öldürərəm”.
Təsəvvür edirsiniz, 60 yaşlı məktəb direktoru nəvəsi yaşda şagirdə nələr deyir.
İndi görək, sonra nə  baş verib..?
Qızın valideynləri Ucar Rayon Polis İdarəsinə, prokurorluğa müraciət ediblər.
Amma  hüquq-mühafizə orqanları  məktəb direktorunun  günahı olmadığını SÜBUT ediblər.
Hətta  Ucar rayon Təhsil  Şöbəsinin müdiri  Rauf Məmmədov mediaya verdiyi  açıqlamada bildirib ki, məktəb direktoru  fəaliyyətini davam etdirir.
Rauf Məmmədov haqqında  birazdan bəhs edəcəyik.
Ucar təhsili ilə bağlı başqa bir xəbərdə  9-cu sinif şagirdinin intihara cəhd etməsindən bəhs edilir.
Məktəb direktorunun ona qarşı haqsız hərəkətlərindən bezən  9-cu sinif şagirdi  özünü  binadan ataraq intihara cəhd edib.
Başqa  bir xəbərdən bəlli olur ki, Ucarda məktəbin tavanı şagirdlərin başına uçub.
Belə xəbərlərin sayı  kifayət qədərdir.
Görün ölkə təhsili nə gündədir.
Hələ bu harasıdır..?
Başqa bir xəbərdən bəlli olur ki, Ucardakı Yuxarı Şilyan məktəbinin direktoru  peçatı, möhürü, ştampı götürüb xarici ölkəyə qaçıb.
Və deyib ki, möhürü, ştampı heç kimə verəmərəm, mən bunları almaq üçün 2 min dollar pul vermişəm.
Belə ki, təqaüd  vaxtı çatan  məktəb direktoruna Rayon Təhsil Şöbəsinin müdiri  Rauf Məmmədov deyib ki, 2 min dollar ver, səninlə müddətli müqavilə imzalayaq, qal işlə.
Və məktəb direktoru  2 min dollar verərək  vəzifəsində qalıb. Amma…
Əmması odur ki, Rayon Təhsil Şöbəsinin müdiri Rauf Məmmədov həmin məktəb direktoru  vəzifəsini başqasına 3 min dollara  satmaq üçün  məktəb direktoruna töhmət verib ki, təkrar müqavilə bağlamasın. Və məktəb direktoru ilə müqaviləni pozan  Rauf Məmmədov inspektorları göndərib ki, gedin, məktəb direktorundan möhürü, peçatı alın gətirin.
Məktəb direktoru isə  inspektorlara deyib ki, mən bu möhürü  2 min dollara SATIN almışam  və heç kimə verəməyəcəm, SATIN alınan şey geri qaytarılmır.
Bunu eşidən Rayon Təhsil Şöbəsinin müdiri  Rauf Məmmədovdan peçatı geri almaq  üçün polisin  gücündən istifadə etmək qərarına gəlib. Sabah Yuxarı Şilyan məktəbinə polis gələcəyini eşidən məktəb direktoru  gecə  peçat və ştampı da götürərək naməlum istiqamətdə yoxa çıxmışdır. Direktorun ailə üzvləri mediaya bildirib ki, müəllim ölkəni tərk etmişdir.
Kənd sakinləri mediaya bildirib ki, kənd camaatı   məktəb direktorundan razı idi,  gözü tox adam idi, məktəb üçün xeyli işlər görüb. Amma…
Əmması odur ki,  təhsil şöbəsinin müdiri  məktəb direktoru vəzifəsini hər il müxtəlif şəxslərə 2-3 min dollara satır.
Bütün Ucar sakinləri danışır ki, heç kim  Rauf Məmmədovun öhdəsindən gələ bilmir. Bu adam üçün ancaq və ancaq pul pul yenə də pul.
Hətta Təhsil Nazirliyi də Rauf Məmmədovla bağlı heç bir tədbir görmür.
Bəs bu Rauf Məmmədov kimdir, nəçidir..?
Öncə onu qeyd edək ki, Təhsil Şöbəsinin müdiri  Rauf Məmmədov Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədovun yaxın dostudur. Yəni sabiq nazir Ziya Məmmədovgilin  tayfasındandır.
Rauf Məmmədovun normal ali təhsili də yoxdur.

Belə ki, Məmmədov Rauf Yasəf oğlu 1984-cü ildə Ucar rayonu Rəstəcə kəndində anadan olmuş, 2006-cı ildə Azərbaycan Müəllimlər İnstitunun Tarix fakultəsini bitirmişdir. 2007-2015-ci illərdə Ucar rayonu Qarabörk kənd tam orta məktəbində tarix müəllimi, 2015-ci ildən isə Ucar rayon Alpı kənd tam orta məktəbinin direktoru vəzifəsində çalışmışdır. Ucar Rayon İcra Hakimiyətinin başçısı cənab Mənsur Məmmədovun 10 fevral 2021-ci il 11 nömrəli əmrinə əsasən Məmmədov Rauf Yasəf oğlu Ucar Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdur.
Görəsən, bu boyda cinayət əməllərini, əxlaqsızlığı təhsil naziri Emin Əmrullayev görmür..?
Yazıda müxtəlif  saytların materiallarından istifadə edilmişdir.
Qarşı tərəfin  mövqeyini dərc etməyə hazırıq.Gündəlik Bakı

Loading

Spread the love

By RÖVŞƏN MEHDIYEV

Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45 Mail:Cenubtv.az@gmail.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir