Alimpaşa Məmmədovun oğlu məhkəmə zalından çıxarıldı
Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Şəmkir Rayon İcra Hakimiyyətinin (RİH) sabiq başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə növbəti məhkəmə prosesində dövlət ittihamçısı ittiham aktını elan edib.
“Report”un məlumatına görə, hakim Nural Əliyevin sədrliyi ilə keçirilən iclasda A.Məmmədov elan olunmuş ittiham üzrə epizodların bir çoxunu qəbul edib.
Məhkəmədə məlum olub ki, sabiq icra başçısının oğlu zalda əyləşib. Hakim qeyd edib ki, o, cinayət işi üzrə şahid qismində tanınır. Daha sonra A.Məmmədovun oğlu məhkəmə zalından çıxarılıb.
Məhkəmənin növbəti iclası dekabrın 15-də davam etdiriləcək.
Xatırladaq ki, A.Məmmədov ötən ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində həbs olunub.
Onun barəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Azərbaycanda general vəfat etdi – FOTO
Müdafiə Nazirliyi Sərhəd Qoşunlarının keçmiş komandanı, general-mayor Abbasəli Novruzovun vəfatı ilə bağlı başağlığı verib. Cenubtv.Az xəbər verir ki, bu barədə nazirlikdən...
Dövlətçiliyimizə və Vətənimizə Sədaqət Nümunəs.
Müasir dövlətçilik tariximizin parlaq səhifələrində, ölkəmizin tərəqqisinə, idarəetmə sisteminin təkmilləşdirilməsinə və Möhtərəm Prezidentimizin müəyyən etdiyi strateji hədəflərin uğurla gerçəkləşməsinə məsuliyyətlə,...
Azərbaycan dili necə qorunur? – Görülən işlər və yeni çağırışlar – FOTO – VİDEO
Avqustun 1-i Azərbaycanda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur. Ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust...
“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn tədbirlərin icrası ilə bağlı yaradılmış qərargahın iclası keçirilmişdir
Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının...
Samir Tağızadə ölkə üzrə yeganə 700 bal toplayan abituriyent oldu
Bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarında 700 bal toplayan yeganə tələbə məlum olub. Cənubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu,...
Azərbaycan mətbuatı inkişafın yeni mərhələsində 151 illik yol
Mətbuat – milli yaddaşın, ictimai fikrin və dövlətçilik ənənələrinin formalaşmasında mühüm rol oynayan əsas təsisatdır. Azərbaycan milli mətbuatının əsası 1875-ci...
Average Rating