“Qara duman” yaradan avtobusla bağlı tədbir görüldü – VİDEO
Bakıda Mərdəkan şosesində hərəkət edən avtobusun aşırı dərəcədə qara tüstü buraxması ilə bağlı rəsmi açıqlama verilib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, daşıyıcı tərəfindən sözügedən avtobus xətdən kənarlaşdırılıb və təmir üçün qaraja göndərilib.
Bakıda avtobusun qara tüstü buraxaraq hərəkət etməsi narazılıq yaradıb.
Cənubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə paylaşılıb.
Qeyd edilib ki, Mərdəkan şosesində hərəkətdə olan, 77-ZF-339 dövlət qeydiyyat nişanlı, 340 nömrəli xətt üzrə hərəkət edən sərnişin avtobusunun havaya qatı qara tüstü buraxaraq hərəkət etdiyi müşahidə edilib.
Bildirilib ki, avtobusun qatı qara tüstü buraxaraq hərəkət etməsi arxadan gələn nəqliyyat vasitələrinin hərəkətinə maneə yaratmaqla yanaşı ətraf mühitə də ziyan vurur.
“Biz karbon emissiyasını azaltmağı öhdəmizə götürmüşdük. İnfrasturukturu yeniləyir, “yaşıl nəqliyyata” keçirik. İnkişaf etmiş ölkələrin iri şəhərlərində mühərriki nasaz, bu cür qalın qara tüstü buraxan və emissiya tələblərinə cavab verməyən avtobusların xəttə buraxılması yolverilməz hesab olunur. Bu cür nasaz maşınlar şəhərin havasını korlayır, insanların səhhətində çoxsaylı problemlər yaradır”, – deyə şikayətdə bildirilir.
Məsələ ilə bağlı aidiyyəti quruma sorğu verilib.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Cəlilabadda “20 oktyabr – Energetiklər Günü” qeyd edilib
Cəlilabad rayonunda “20 oktyabr – Energetiklər Günü” qeyd edilib. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov, aparat əməkdaşları, hüquq-mühafizə orqanlarının...
17 oktyabr 2026 qəhrəman şəhid Cəfərov Ayxan Camaləddin oğlunun anım günü
17 oktyabr 2026-cı il tarixində qəhrəman şəhidimiz Cəfərov Ayxan Camaləddin oğlunun anım günümərasimi Cəlilabad rayonunun Üçtəpə kəndində, ata ocağında...
Cəlilabadda 18 oktyabr – Müstəqilliyin Bərpası Gününün 35-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
https://youtu.be/RPVVvpsf-K8
12.10.2026-cı il Qəhrəman Şəhid Orxan Nazim Oğlu Paşazadənin mövlud günü tədbiri
Cəlilabad rayonu Cəfərxanlı kəndində ata evində keçirildi. Paşazadə Orxan Nazim oğlu 12 oktyabr 1996-cı ildə Cəlilabad rayonunun Cəfərxanlı kəndində dünyaya...
“Fərqlər deyil, anlaşılmazlıq ailəni dağıdır” – Azərbaycan vətəndaşlarının əcnəbilərlə nikahları niyə pozulur?
Sevgi sərhəd tanımaya bilər, amma fərqli ölkələrdən olan iki insanın qurduğu ailənin davamlı olması heç də həmişə asan deyil. Azərbaycanda...
Average Rating