Ağdamda mina partlayışı: Xəsarət alan şəxsin son vəziyyəti məlum oldu
Ağdam rayonunda baş verən mina hadisəsi zamanı xəsarət alan şəxsin son vəziyyəti məlum olub.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Cenubtv.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 1972-ci il təvəllüdlü şəxs (kişi) sentyabrın 6-da saat 05 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
“Pasiyentə sağ qolun kəsilmiş yarası və sağ daban sümüyünün sınığı diaqnozları qoyulub. Ona zəruri tibbi xidmətlər göstərilib.
Hazırda pasiyentin müalicəsi müvafiq şöbədə davam etdirilir. Vəziyyəti orta ağır qiymətləndirilir”.
Şükufə Süleymanlı
Sentyabrın 5-də işğaldan azad edilmiş Ağdam rayonunun Çəmənli Sarıcalı kəndi ərazisində mina partlayışı baş verib.
Cenubtv.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri məlumat yayıb.
Qeyd edilib ki, Ağcabədi rayonunun Şotlanlı kənd sakini, 1972-ci il təvəllüdlü Elmdar Xan oğlu Sarıyevin minalardan təmizlənməmiş ərazidə idarə etdiyi traktor minaya düşüb. Hadisə nəticəsində Elmdar Sarıyev xəsarət alıb.
Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.
Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb.
Cenubtv.Az “Report”a istinadla xəbər verir ki, hadisə rayonun Sarıcalı kəndində baş verib.
İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb.
Partlayış zamanı traktora ciddi ziyan dəysə də, sürücünün xəsarət almadığı bildirilir.
Hazırda faktla bağlı araşdırma aparılır.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
“İşə getsən, səni öldürəcəyəm” dedi, arvadını baltaladı – Ağdamdakı dəhşətli cinayətin təfərrüatı
Ağdamda həyat yoldaşını baltalamaqda təqsirləndirilən Ceyhun Salahovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Cenubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki,...
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb. Cenubtv.Az "Report"a istinadən xəbər verir ki, hadisə Yaşma bağları ərazisində yerləşən fərdi...
Otağa icazəsiz daxil olmaq üstündə mübahisə: Əkiz qardaşlardan biri bıçaqlandı
Şəmkirdə əkiz qardaşlar arasında baş verən mübahisə bıçaqlanma ilə nəticələnib. Cenubtv.Az APA-ya istinadən xəbər verir ki, rayon sakini, 2008-ci il...
Tovuzda qadın dəm qazından boğularaq öldü
Tovuzda dəm qazından zəhərlənmə ölümlə nəticələnib. Cenubtv.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, rayon...
Bakıda avtomobillər toqquşdu: BYD aşdı – Video
Bakıda yol-nəqliyyat hadisəsi baş verib. Cenubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə zamanı "BYD" və "Toyota" markalı avtomobillər toqquşub. Toqquşma...
Sumqayıtda mikroavtobusla minik avtomobili toqquşdu: Xəsarət alanlar var – Foto
Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib. Cenubtv.Az "Report"a istinadən xəbər verir ki, hadisə Sülh prospektində qeydə alınıb. "Mercedes" markalı minik avtomobili...
Average Rating