KİV: Yəmən ordusu Hays şəhərinə nəzarəti ələ keçirdi
Yəmən Silahlı Qüvvələri ölkənin qərb sahillərindəki əməliyyatlar üçün strateji əhəmiyyət daşıyan Əl-Hudeydə əyalətinin cənub-şərqində yerləşən Hays şəhərinə tam nəzarəti bərpa edib və “Ənsar Allah” hərəkatının husilərdən ibarət silahlı dəstələrini oradan çıxarıb.
Cenubtv.Az xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.
Məlumata görə, yaşayış məntəqəsi hökumət qüvvələrinin gələcək irəliləyişi üçün mühüm qovşaqdır. Şəhərə nəzarəti ələ keçirdikdən sonra Yəmən qoşunları eyni vaxtda üç istiqamətdə – şimalda Əl-Cərrahi istiqamətində, şərqdə Cəbəl-Ras tərəfə və cənubda Taiz əyalətinin Əl-Barh rayonuna doğru hücuma keçiblər.
Hökumət qüvvələri bir sıra ərazilərdə irəlilədiklərini, mövqeləri və yüksəklikləri nəzarətə götürdüklərini bildiriblər.
Eyni zamanda, Taiz əyalətinin qərbində və Əl-Barh bölgəsi də daxil olmaqla bəzi ərazilərdə toqquşmalar davam edir.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Cəlilabad bələdiyyəsinin rəhbərliyində kadr dəyişikliyi baş tutub.
Cenubtv.az-ın əldə etdiyi məlumata görө, bələdiyyədə keçirilən iclasda qurumun sədr müavini Rafiq Rüstəmov səs çoxluğu ilə bələdiyyənin yeni sədri seçilib....
Cəlilabadda “20 oktyabr – Energetiklər Günü” qeyd edilib
Cəlilabad rayonunda “20 oktyabr – Energetiklər Günü” qeyd edilib. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov, aparat əməkdaşları, hüquq-mühafizə orqanlarının...
17 oktyabr 2026 qəhrəman şəhid Cəfərov Ayxan Camaləddin oğlunun anım günü
17 oktyabr 2026-cı il tarixində qəhrəman şəhidimiz Cəfərov Ayxan Camaləddin oğlunun anım günümərasimi Cəlilabad rayonunun Üçtəpə kəndində, ata ocağında...
Cəlilabadda 18 oktyabr – Müstəqilliyin Bərpası Gününün 35-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
https://youtu.be/RPVVvpsf-K8
12.10.2026-cı il Qəhrəman Şəhid Orxan Nazim Oğlu Paşazadənin mövlud günü tədbiri
Cəlilabad rayonu Cəfərxanlı kəndində ata evində keçirildi. Paşazadə Orxan Nazim oğlu 12 oktyabr 1996-cı ildə Cəlilabad rayonunun Cəfərxanlı kəndində dünyaya...
Average Rating