Bakıda tikilidə YANĞIN: 36 yaşlı kişinin meyiti TAPILDI – VİDEO
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu, Əcəmi Naxçivani küçəsində tikilidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Cenubtv.Az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində bir neçə ailənin yaşadığı ümumi sahəsi 700 kvadratmetr olan bir dam altında tikilmiş birmərtəbəli taxta konstruksiyalardan ibarət tikilidə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində bir dam altında tikilmiş bir neçə ailənin yaşadığı taxta konstruksiyalardan ibarət tikilinin yanar konstruksiyaları 150 kv.m sahədə, bitişik yerləşən ümumi sahəsi 100 kv.m olan qarajın konstruksiyaları 10 kv.m sahədə yanıb. Yanğın yerinin müayinəsi zamanı 1990-cı il təvəllüdlü Fərid Əliyar oğlu Tapdıqovun meyiti aşkar olunub.
Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Yəməndə baş verən toqquşmalarda 60-dan çox insan ölüb
Yəmənin cənub-qərbində "Ənsar Allah" qruplaşmasının (husilər) döyüşçüləri ilə hökumət qüvvələri arasında toqquşmalar baş verib. Cenubtv.Az xəbər verir ki, bu barədə "Əl-Ərəbiyyə"...
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Türkiyəli aktyor Serhat Kılıç İstanbulun Kağıthane rayonundakı evində ölü tapılıb. Cenubtv.Az "Sözcu" qəzetinə istinadən xəbər verir ki, aktyordan sentyabrın 4-dən...
CHP-nin sədr müavininin sevgilisinə şiddət görüntüləri yayıldı – VİDEO
Cümhuriyyət Xalq Partiyasının (CHP) sədr müavini Berhan Şimşekin 10 ildir birlikdə yaşadığı Özlem Şanverə qarşı zorakılıq etdiyini əks etdirən kadrlar...
Tərtərdə toydan gələn sürücü avtoqəzaya düşdü.
Tərtər rayonunda iki avtomobil toqquşub. Cənubtv.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Kəbirli kəndi ərazisində qeydə alınıb. Kənd sakini Müşfiq...
Partlayış baş verən Goranboyda vəziyyət necədir? – RƏSMİ
Goranboy rayonunda baş verən partlayışlar nəticəsində təxliyə edilən sakinlər evlərinə qaytarılıblar. Bu barədə Cənubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki ...
Salyandakı AĞIR QƏZANIN təfərrüatı – Yaralıların son durumu açıqlandı
Salyanda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin vəziyyəti məlum olub. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki,...
Average Rating