Gəncədə sakinlərin əsəbi tarıma çəkildi: “Ayaqaltında qalmışıq” – VİDEO
Gəncə şəhəri, Xətai prospekti, 84 və 87 saylı binaların sakinləri yaşadıqları ərazidə aparılan yeni tikintilərin onlar üçün ciddi çətinliklər yaratdığını iddia edirlər.
Baku TV-nin qaynar xəttinə müraciət edən sakinlər yolların daraldığını və məhəllənin baxımsız vəziyyətə düşdüyünü bildiriblər. Onların sözlərinə görə, ərazidə əvvəllər qarajlar və uşaqların oynadığı geniş sahə olub.
Qarajlar söküldükdən sonra sakinlərə burada park salınacağı və uşaqlar üçün şərait yaradılacağı bildirilsə də, bunun əvəzinə yeni tikililər inşa edilib.

Sakinlər həmçinin ərazidə baş vermiş yanğın hadisəsini də xatırladıblar. Onların sözlərinə görə, binalardan birində yanğın baş verərkən sıx tikililər və dar yollar səbəbindən Fövqəladə Hallar Nazirliyinin texnikasının əraziyə daxil olması çətinləşib.
“Biri ölsə, cənazəni çıxarmağa yer yoxdur. Yanğın oldu, yanğınsöndürənlər əraziyə girə bilmədi. İki nəfər öldü, evlər də yanıb məhv oldu”, – deyə sakinlərdən biri bildirib.
Məsələ ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətinin verdiyi məlumata əsasən, sözügedən ərazidə hazırda hər hansı tikinti işləri aparılmır. Daha əvvəl həyata keçirilmiş tikinti işlərinin qanunauyğunluğu isə aidiyyəti qurumlarla birgə araşdırılacaq. Sakinlərin məhəllənin abadlaşdırılması ilə bağlı müraciətinə gəlincə, bildirilib ki, hazırda Gəncə şəhərində mərhələli şəkildə abad məhəllələrin salınması istiqamətində işlər görülür. Qeyd edək ki, Baku TV-nin çəkilişdən sonra ərazidə aidiyyəti üzrə təmizlik işləri aparılıb.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alındı
Ağdam rayonunda 15 yaşlı qızın ailəsindən xəbərsiz evdən getməsi ilə bağlı aidiyyəti qurumlar tərəfindən zəruri tədbirlər görülüb. Cenubtv-Az Oxu.Az-a istinadən ...
Polisdən Bakı və Gəncədə əməliyyat: Xaricdən idarə olunan şəbəkə ifşa edildi – Video
Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 68 kiloqram narkotik vasitə və 1600 ədəd narkotik tərkibli həb...
Zəngəzurda saxlanılan əsgərimizin taleyi necə olacaq? – Açıqlama
Azərbaycanlı hərbçi Nəsimi Musayev naməlum şəraitdə Ermənistan ərazisinə keçib. Oktyabrın 1-də yerli vaxtla saat 14:15-də Zəngəzurun Şəki kəndində Azərbaycan əsgəri...
“Başını kəsmişdi, saçları üzünə tökülmüşdü” – Şəhanənin qətlə yetirildiyi evdən görüntülər
Cenubtv.Az "Azad Azərbaycan" (ATV) telekanalına istinadən xəbər verir ki, hadisə ötən axşam qəsəbədə yerləşən fərdi yaşayış evlərindən birində baş verib....
Cəlilabadda Beynəlxalq Ahıllar Günü münasibətilə tədbir keçirilib
Cenubtv.Az xəbər verir ki, 1 Oktyabr – Beynəlxalq Ahıllar Günü münasibətilə Cəlilabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə tədbir keçirilib. Tədbirdə...
Lənkəranın üç kəndini çətin vəziyyətdə qoyan yol problemi – Video
Lənkəranın Biləsər kəndinə gedən yol əlverişsiz vəziyyətdədir. Bu yol problemi, həmçinin Alazəpin və Sleqəbul kəndində də yaşanır. Sakinlər yaranmış vəziyyətdən...
Average Rating