Sabirabadda iki avtomobil toqquşub: Xəsarət alanlar var – FOTO – VİDEO
Sabirabadda avtoqəzada dörd nəfər xəsarət alıb.
Cenubtv.Az “Report”a istinadən xəbər verir ki, hadisə Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Sabirabad rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Qəza zamanı KIA və “Opel” markalı minik avtomobilləri toqquşub.
Xəsarət alan dörd nəfər Şirvan Şəhər Mərkəzi Xəstəxanasına (ŞMX) yerləşdirilib.
Məlumata görə, Sabirabad rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan dörd nəfər avqustun 17-də saat 14:50-də Şirvan ŞMX-nin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Onlara bədənin müxtəlif nahiyələrinin çox sayda travması diaqnozu təyin edilib.
Xəsarət alan üç nəfərə zəruri tibbi yardım göstərilib və onlar ambulator müalicə üçün evə buraxılıblar. Hazırda bir nəfərin instrumental diaqnostik müayinələri davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.

![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
ABŞ-də təyyarədə dava salan sərnişin oturacağa skoçlandı – VİDEO
ABŞ-də Texasdan Nyu-Cersiyə həyata keçirilən uçuş zamanı sərxoş vəziyyətdə olan sərnişin dini xarakterli təhqirlər qışqırıb, bələdçiyə qarşı irqçi ifadələr işlədib,...
Hövsanda həyat yoldaşının avtomobilinə hücum edən qadına protokol tərtib olundu – FOTO
Bakının Suraxanı rayonunda yol kənarında park edilmiş avtomobilə hücum edən 1992-ci il təvəllüdlü qadın polis əməkdaşları tərəfindən müəyyən edilərək polis...
Türkiyədə elmi mərkəz kimi istifadə olunan “Airbus A340” təyyarəsi alovlandı – VİDEO
Türkiyənin Kocaeli vilayətinin Çayırova rayonunda Aviasiya Elmləri Mərkəzi kimi istifadə edilən "Airbus A340" sərnişin təyyarəsində yanğın baş verib. Bu barədə Cenubtv.Az Türkiyə...
Yəməndə baş verən toqquşmalarda 60-dan çox insan ölüb
Yəmənin cənub-qərbində "Ənsar Allah" qruplaşmasının (husilər) döyüşçüləri ilə hökumət qüvvələri arasında toqquşmalar baş verib. Cenubtv.Az xəbər verir ki, bu barədə "Əl-Ərəbiyyə"...
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Türkiyəli aktyor Serhat Kılıç İstanbulun Kağıthane rayonundakı evində ölü tapılıb. Cenubtv.Az "Sözcu" qəzetinə istinadən xəbər verir ki, aktyordan sentyabrın 4-dən...
CHP-nin sədr müavininin sevgilisinə şiddət görüntüləri yayıldı – VİDEO
Cümhuriyyət Xalq Partiyasının (CHP) sədr müavini Berhan Şimşekin 10 ildir birlikdə yaşadığı Özlem Şanverə qarşı zorakılıq etdiyini əks etdirən kadrlar...
Average Rating