Bakının “Milyonerlər məhəlləsi” adlanan ərazisindəki yanğın söndürüldü: Xəsarət alanlar var – VİDEO
Binəqədidə köhnə tikilidə baş verən yanğın söndürülüb.
Bu barədə Cenubtv.Az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Yanğınsöndürmə qərargahının rəisi İlqar Nəsibov məlumat verib.
O qeyd edib ki, hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə Xidmətinin texnika və şəxsi heyəti cəlb olunub:
“1000 kvadratmetr tikilinin 400 kvadratmetri yanıb. Yanğının obyektin qalan sahəsinə və yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb. Bəzi nöqtələrdə tüstüləmələr müşahidə olunsa da, yanğın söndürülüb. İki əməkdaşımız yüngül xəsarət alıb. Vətəndaşlar arasında xəsarət alan olmayıb. Yanğın zamanı tikiliyə dəymiş ziyan və yanğının baş vermə səbəbi araşdırma aparıldıqdan sonra məlum olacaq”.
Bakı şəhəri, Binəqədi rayonunda baş verən yanğında üç nəfərə yerində tibbi yardım olunub.
Bu barədə Cenubtv.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib.
Bildirilib ki, avqustun 18-i saat 13:10-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə metronun “Nəsimi” stansiyasının yaxınlığında baş verən yanğın səbəbi ilə çağırış qeydə alınıb:
“Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 3 nəfərə (kişi) yerində yardım olunub”.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində alovun genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.
Cenubtv.Az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Qeyd edilib ki, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Binəqədi rayonunda istifadə olunmayan tikilidə baş verən yanğınla bağlı polis əməkdaşları dərhal əraziyə cəlb olunublar.
Hadisə yerində yanğınsöndürmə-qurtarma qüvvələrinin maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə zəruri operativ tədbirlər görülüb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu ərazisində istifadə olunmayan tikilidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Cenubtv.Az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Məlumatla əlaqədar dərhal əraziyə Xüsusi Riskli Xilasetmə və Dövlət Yanğından Mühafizə xidmətlərinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
Bakı şəhəri, Binəqədi rayonunda, “Milyonerlər məhəlləsi” adlanan ərazidəki köhnə fabrikdə yanğın başlayıb.
Cenubtv.Az Oxu.Az -a istinadən xəbər verir ki, hadisə metronun “Nəsimi” stansiyası yaxınlığında qeydə alınıb.
Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğının söndürülməsi istiqamətində işlər görürlər.
Hadisə yerindən görüntünü təqdim edirik:
![]()
Average Rating