Otağından istifadə edib, dalaşdılar – Bakıda kirayənişinlərin bıçaqlanmasının TƏFƏRRÜATI – VİDEO

Read Time:2 Minute, 15 Second

Bakıda bir evdə üç nəfərin bıçaqlanmasının təfərrüatı məlum olub.

Cenubtv.Az-ın məlumatına görə, hadisə paytaxtın Xətai rayonu, Əhmədli qəsəbəsi, 1 ünvanındakı ikimərtəbəli yaşayış binasının birinci mərtəbəsində baş verib.

Belə ki, Balakən rayon sakinləri – 1983-cü il təvəllüdlü Sərvər Qərib oğlu Kərimov, 1986-cı il təvəllüdlü Vidadi Famil oğlu Bubuşov və 1988-ci il təvəllüdlü Elnur Abdulla oğlu Xocaxov bir otaqda, hadisəni törətməkdə şübhəli bilinən Masallı rayon sakini, 1989-cu il təvəllüdlü Murad Quliyev isə digər otaqda kirayədə yaşayırmışlar. M.Quliyev bir müddət əvvəl həbsdən çıxıbmış və ona görə də tək qalırmış. O, Bakı şəhərindəki hərbi hissələrdən birində usta işləyirmiş.

 

 

M.Quliyev çox vaxt iş yerində qalsa da, otağı kirayələyibmiş. O, evə gələndə qonşuda kirayədə qalan həmin üç nəfərlə yeyib-içirmiş.

Hadisədən bir gün əvvəl M.Quliyev evdə olmayıb və Balakən rayon sakinləri onun evindən istifadə ediblər. Səhəri gün, yəni dünən axşam saatlarında M.Quliyev evə gəlib və yenidən həmin üç nəfərin qaldığı evə gedib, yeyib-içiblər. Həmin vaxt onlardan biri Murada məlumat verib ki, onun qaldığı otaqdan istifadə ediblər. Bundan əsəbiləşən Murad onlara irad bildirib və aralarında mübahisə yaranıb. Mübahisə nəticəsində Balakən rayon sakinlərindən biri Muradı vurub. Həmin vaxt Muradın stolun üstündə olan bıçaqla hər üç şəxsə zərbələr endirdiyi, daha sonra hadisə yerindən qaçdığı bildirilir.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə M.Quliyev saxlanılıb.

“18.08.2026-cı il tarixində saat 00:40-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Əhmədli qəsəbəsi, E.Süleymanov küçəsi ərazisindən çağırış qeydə alınıb”.

Bu barədə Cenubtv.Az-ın Əhmədli qəsəbəsində baş vermiş bıçaqlanma hadisəsi ilə bağlı sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib.

Qeyd olunub ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub:

“Təcili tibbi yardım briqadası tərəfindən üç nəfər (kişi) kəsilmiş, deşilmiş yaralar diaqnozu ilə Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinə hospitalizasiya olunub”.

Samir Əli

Bakının Xətai rayonunda üç nəfərin bıçaqlanması ilə nəticələnən hadisə baş verib.

Cenubtv.Az Teleqraf.az-a istinadla xəbər verir ki, hadisə Əhmədli qəsəbəsində yerləşən fərdi yaşayış evlərindən birində qeydə alınıb.

Məlumata görə, Balakən rayon sakinləri – 1983-cü il təvəllüdlü Sərvər Qərib oğlu Kərimov, 1986-cı il təvəllüdlü Vidadi Famil oğlu Bubuşov və 1988-ci il təvəllüdlü Elnur Abdulla oğlu Xocaxov kirayə yaşadıqları evdə bıçaqlanıblar.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan hər üç şəxs xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə Xətai Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunublar. İlkin araşdırma zamanı hər üç şəxsin onlarla birlikdə kirayədə yaşayan şəxs tərəfindən bıçaqlandığı müəyyən edilib.

İlkin məlumata görə, hadisədən əvvəl mənzildə yeyib-içən şəxslər arasında mübahisə yaranıb. Mübahisə daha sonra bıçaqlanma ilə nəticələnib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 1989-cu il təvəllüdlü Murad Quliyev saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Loading

About Post Author

RÖVŞƏN MEHDIYEV

Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45 Mail:Cenubtv.az@gmail.com
Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %
Spread the love

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Previous post CNN-in yalanları ifşa olunur: Saxta iddialara hüquqi cavab – FOTO
Next post Məktəb alış-verişi üçün nə qədər pul lazımdır? – Bakı və Sumqayıtda QİYMƏTLƏR – FOTO
dónde mirar chelsea femenino contra fútbol club barcelona femenino en vivo. coaching wien : drei möglichkeiten, wie wir zusammenarbeiten können. 回收資訊.