Suraxanıda qəbiristanlıqda ACINACAQLI VƏZİYYƏT – VİDEO
Baku TV-nin qaynar xəttinə Suraxanı rayonunun Hövsan qəsəbəsində, “Beton zavod” deyilən ərazidə yerləşən qəbiristanlığın vəziyyəti ilə bağlı müraciət daxil olub.
Vətəndaşlar qəbiristanlıqda uzun müddətdir təmizlik işlərinin aparılmadığını, qəbirlərin ətrafını alaq otlarının basdığını bildirirlər.

Çəkiliş zamanı ərazidə bir sıra qəbirlərin ətrafında hündür və quru otların olduğu, bəzi yerlərdə isə alaq otlarının qəbir daşlarına qədər yayıldığı müşahidə olunub. Şikayətçilərin sözlərinə görə, ərazidəki işçilər qəbirlərin yanındakı otları təmizləmək üçün onları yandırıblar.
İddia olunur ki, nəticədə yaranan alov bəzi qəbirlərə ciddi zərər vurub. Vətəndaşlar həmçinin qeyd ediblər ki, qəbiristanlıqdakı bulaqdan təxminən iki ildir su gəlmir. Onlar bildirirlər ki, suyun olmaması qəbirlərin ətrafının təmizlənməsini də çətinləşdirir. Qəbiristanlıqla bağlı səsləndirilən digər iddia isə oğurluq hallarıdır. Şikayətçilər bəzi qəbirlərin üzərindən güldan və digər əşyaların götürüldüyünü bildirirlər.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Bakıda qanunsuz fəaliyyət göstərən klinikalarda QALMAQAL: “Mənə qanun maraqlı deyil” – VİDEO
Nərimanov rayonu ərazisində yerləşən "Laçın Dental Clinic"də tibbi təhsili olmadığı iddia edilən Aytən Verdiyeva adlı şəxsin stomatoloji fəaliyyət göstərməsi ilə...
KİV: ABŞ və İran 60 günlük atəşkəsin uzadılmasına dair razılığa gəldilər
ABŞ və İran İslamabad memorandumu çərçivəsində qüvvədə olan 60 günlük atəşkəsin müddətinin uzadılmasına dair ortaq məxrəcə gəliblər. Cenubtv.Az xəbər verir...
SEPAH komandanından XƏBƏRDARLIQ: “İraqdakı qruplaşmaların tərk-silahı İrana zərbə olacaq”
İraqdakı şiə qruplaşmalarının silahlarını hökumətə təhvil verməsi İranın mövqelərinə ciddi zərbə vuracaq. Cenubtv.Az "Al Hadath" telekanalına istinadən xəbər verir ki, bunu...
Sakinlərin problemləri bitmək bilmir: “Natəmiz su işlədirik, çölə çıxa bilmirik!” – VİDEO
Xətai rayonu, Kənd Əhmədli ərazisində yerləşən "Kristal Abşeron" yaşayış kompleksinin sakinləri bir sıra problemlərlə bağlı narazılıqlarını bildiriblər. Baku TV-yə danışan...
Əhali “yoxa çıxır”: Bir vaxtlar ailələrlə dolu olan bu kənddə nə baş verir? – VİDEO
Təbiəti və havası ilə gözoxşayan İsmayıllı rayonunun Tubukənd kəndinin sakinləri bir sıra problemlərdən şikayətçidirlər. Cenubtv.Az xəbər verir ki, bu barədə...
Paytaxtın iki küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Aparılacaq təmir işləri ilə əlaqədar Bakının iki küçəsində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılacaq. Cenubtv.Az xəbər verir ki, bu barədə...
Average Rating