Meşəlik ərazidə meyitləri tapılan 16 yaşlı qız və 29 yaşlı kişi qohum olublar – Lənkərandakı dəhşətli hadisənin DETALLARI – VİDEO
Lənkəranda meşə ərazisində iki şəxsin meyitinin aşkar edilməsi faktı üzrə cinayət işi başlanıb.
Cennubtv.Az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Qeyd edilib ki, avqustun 11-də Lənkəran rayonunun Haftoni kəndi yaxınlığındakı meşəlik ərazidə iki nəfərin meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırmalar zamanı meyitləri aşkar olunan şəxslərin 1997-ci il təvəllüdlü Xəzər Vurğun oğlu Mirzəyev və 2010-cu il təvəllüdlü Fidan Şahid qızı Məmmədova olması müəyyən edilib.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Hazırda hadisənin bütün halları, eləcə də, şəxslərin ölüm səbəbləri və şəraiti araşdırılmaqla, müvafiq ekspertizalar təyin edilib, aidiyyəti dövlət qurumları, o cümlədən daxili işlər orqanlarının əməkdaşları ilə birgə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Altı gün əvvəl şəhərə getmək adı ilə evdən çıxan iki nəfərin – 1997-ci il təvəllüdlü Xəzər Vurğun oğlu Mirzəyev və 2010-cu il təvəllüdlü Fidan Şahid qızı Məmmədovanın meyitləri Lənkəranın “İbadi” deyilən meşəlik ərazisində tapılıb.
Xəzər Mirzəyevin atası Vurğun Mirzəyev Baku TV-yə bildirib ki, oğlu anasının yanına getdiyini deyib:

“Zəng eləmişdim ona. Dedim, haradasan? Dedi, Lənkərana gedirəm. Soruşdum ki, nə məsələdir? Dedi, heç bir problem yoxdur, salamatlıqdır. Anam oradadır, mən də onun yanına gedirəm.
Bir gün keçdi, zəng çatmadı. Eşitdim ki, uşaqlar yoxdur, harasa gediblər. Dedilər ki, guya Bakıya gediblər, bir dəfə də Sumqayıta getdiklərini söylədilər. Nə qədər zəng etsəm də, telefonlarına zəng çatmadı.
Dünən mənə dedilər ki, rayona gedib uşaqların olmadığı barədə məlumat verim. Dünən gedə bilmədim, bu gün səhər gəldim. Evə təzə çatmışdım, xəbər gəldi ki, uşaqları tapıblar”.
Qeyd edək ki, 29 yaşlı Xəzər Mirzəyev və 16 yaşlı Fidan Məmmədova əminəvələri olublar.
Lənkəranda meşəlik ərazidə iki nəfərin meyiti tapılıb.
Cenubtv.Az AZƏRTAC-a istinadla xəbər verir ki, hadisə Lənkəran rayonunun Havzava kəndi ərazisində baş verib.
Belə ki, 1997-ci il təvəllüdlü Xəzər Vurğun oğlu Mirzəyev və 2010-cu il təvəllüdlü Fidan Şahid qızı Məmmədovanın meyitləri rayonun “İbadi” deyilən meşəlik ərazisində aşkar edilib.
Hazırda onların ölüm səbəbləri araşdırılır.
Faktla bağlı araşdırma aparılır.
![]()
Average Rating