Sakinlərin problemləri bitmək bilmir: “Natəmiz su işlədirik, çölə çıxa bilmirik!” – VİDEO
Xətai rayonu, Kənd Əhmədli ərazisində yerləşən “Kristal Abşeron” yaşayış kompleksinin sakinləri bir sıra problemlərlə bağlı narazılıqlarını bildiriblər.
Baku TV-yə danışan sakinlərin sözlərinə görə, yaşayış kompleksində mərkəzləşdirilmiş su və kanalizasiya sistemi ilə bağlı problemlər mövcuddur.
Onlar iddia edirlər ki, su əraziyə maşınlarla gətirilərək xüsusi anbarlara doldurulur və sakinlər həmin sudan istifadə edirlər.
Sakinlər bildirirlər ki, su təminatı davamlı deyil və bəzi günlərdə uzun müddət susuz qalırlar.

“Toz-torpaq, səhralıq şəraitində yaşayırıq. Natəmiz su istifadə edirik. Vəhşi küçə itləri də var. Çölə uşaqla çıxa bilmirik”, – deyə şikayətçi narazılığını dilə gətirib.
Sakinləri narahat edən digər problem isə mənzillərə çıxarışların verilməməsi ilə bağlıdır.
Su təminatı ilə bağlı iradlara cavab olaraq komendant İlqar Abuzadə bildirib ki, əraziyə su və kanalizasiya xətti çəkilib və yaxın vaxtlarda sistemə qoşulması gözlənilir.
Çıxarışların verilməsi məsələsinə də münasibət bildirən məsul şəxsin sözlərinə görə, sayğacların quraşdırılmasından və binanın təhvilindən sonra mənzillərə çıxarışların verilməsi mümkün olacaq.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Döyüb qabırğalarını qırdığı keçmiş arvadı kişini BAĞIŞLADI
Lənkəranda sahibkar həyat yoldaşını xüsusi amansızlıqla döyüb. Cenubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Boladi kəndində baş verib. Kənd...
Türkiyə Müdafiə Nazirliyi Azərbaycanda keçirilən təlimlərdən MÖHTƏŞƏM KADRLAR yaydı – VİDEO
Azərbaycanın təşkilatçılığı, eləcə də Türkiyə və Özbəkistanın iştirakı ilə ölkəmizdə keçirilən "Birliyin Gücü-2026" hərbi təlimləri intensiv şəkildə davam etməkdədir. Cenubtv.Az...
Cəlilabadda itkin düşən qadınla bağlı İLGİNC DETAL: “Bizi görüb qaçdı” – VİDEO
Cəlilabad rayonunun Uzuntəpə kənd sakini Hicran Məmmədova avqustun 31-də evdən çıxıb və bir daha geri qayıtmayıb. Cenubtv.Az Baku TV-yə istinadən...
Nepalda Himalay dağlarında qar uçqunu: Dörd nəfərin cəsədi tapıldı
Nepalda xilasedici qruplar sentyabrın 27-də Himalay dağlarındakı baza düşərgəsində qar uçqunu nəticəsində həyatını itirən dörd nəfərin cəsədini aşkar ediblər. Cenubtv.Az...
Vüsal Şilderin qətli 10 000 manata icra olunub?
"Mercedes-Benz" şirkətinin Azərbaycan təmsilçisinin oğlu, Almaniya vətəndaşı Vüsal Şilderin 13 il əvvəl Bakıda qətlə yetirilməsi ilə bağlı açılan cinayət işində...
Cəlilabadda 27 Sentyabr Anım Günü ilə əlaqədar tədbir keçirilib
https://youtu.be/OwrNrZtUo5k
Average Rating