SEPAH komandanından XƏBƏRDARLIQ: “İraqdakı qruplaşmaların tərk-silahı İrana zərbə olacaq”

Read Time:34 Second

İraqdakı şiə qruplaşmalarının silahlarını hökumətə təhvil verməsi İranın mövqelərinə ciddi zərbə vuracaq.

Cenubtv.Az “Al Hadath” telekanalına istinadən xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” xüsusi təyinatlı qüvvələrinin komandanı İsmayıl Qaani bəyan edib.

“İraqdakı qruplaşmaların tərk-silah edilməsi və silahların dövlətin nəzarətinə verilməsi İrana arxadan vurulan zərbə olacaq”, – deyə Qaani bildirib.

Qaani həftənin əvvəlində əvvəlcədən elan olunmamış səfərlə İraqa gedib. Bağdadda keçirdiyi görüşlər zamanı “Qüds” qüvvələrinin komandanı İraq siyasətçilərini şiə qruplaşmalarının silahlarını dövlət strukturlarının nəzarətinə tam şəkildə təhvil verməsi müddətinin təxirə salınmasına razı salmağa çalışıb.

İyunun sonunda İraq hökuməti müəyyən edib ki, sentyabrın sonu ölkə ərazisində fəaliyyət göstərən bütün hərbiləşdirilmiş birləşmələrin silahlarını dövlətə təhvil verməsi üçün son tarix olacaq.

Loading

About Post Author

RÖVŞƏN MEHDIYEV

Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45 Mail:Cenubtv.az@gmail.com
Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %
Spread the love

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Previous post Xocavənddə mina partlayışında yaralanan şəxslərin vəziyyəti MƏLUM OLDU
Next post KİV: ABŞ və İran 60 günlük atəşkəsin uzadılmasına dair razılığa gəldilər
Discover 12 essential facts about liquidation pallets for sale at host liquidation. Luxury yacht charter. סופר ויליטרה | super vilitra.