KİV: ABŞ və İran 60 günlük atəşkəsin uzadılmasına dair razılığa gəldilər
ABŞ və İran İslamabad memorandumu çərçivəsində qüvvədə olan 60 günlük atəşkəsin müddətinin uzadılmasına dair ortaq məxrəcə gəliblər.
Cenubtv.Az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi Pakistan hökumətindəki mənbələrinə istinadən məlumat yayıb.
Mövcud razılaşmanın müddəti avqust ayının 17-də başa çatır. Agentliyin məlumatına əsasən, Tehran və Vaşinqton atəşkəs rejiminin davam etdirilməsinə razı olduqlarını artıq vasitəçilərə çatdırıblar. Lakin tərəflər bu müddətin nə qədər uzadılacağını hələ müəyyənləşdirməyiblər. Hazırda bu məsələ ilə bağlı məsləhətləşmələr davam etdirilir.
“The Atlantic” jurnalı qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası İranla münaqişənin həllinə dair yanaşmasını dəyişərək hərbi əməliyyatlardan və diplomatik addımlardan imtina edib.
Avqustun 10-da Tramp İrandan amerikalıların yaralanması və həlak olması, eləcə də regional münaqişələr zamanı Tehranın atdığı addımlara görə təzminat ödəməsini tələb edib. O bildirib ki, İran nümayəndələri son beş aylıq hərbi münaqişə ərzində ölkəyə dəyən zərərin ödənilməsini istəyirlər. Eyni zamanda, onun sözlərinə görə, təzminat məsələsi ABŞ tərəfi ilə aparılan danışıqlarda əvvəllər heç vaxt qaldırılmayıb.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar
Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Cenubtv.Az Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon...
Badamdarda “şambo” dərdi: Tullantı suları yaşayış evinə ziyan vurur – VİDEO
Səbail rayonunun Badamdar qəsəbəsi, "3-cü massiv" adlanan ərazidə yaşayan vətəndaş tullantı sularının həyətinə axmasından şikayətçidir. Ərazidə mərkəzləşdirilmiş kanalizasiya sisteminin olmaması...
Binəqədi sakinlərinin şikayətinə baxan olacaq? – VİDE
Binəqədi rayonunun Firdovsi Vəliyev küçəsində kanalizasiya xəttində yaranan problem sakinlərin narazılığına səbəb olub. Baku TV-nin məlumatına görə, kanalizasiya xəttinin dolması...
Bakıda 32 marşrutun hərəkət sxemi DƏYİŞDİRİLİR – SİYAHI
Bakıda 32 marşrutun hərəkət sxemi dəyişdirilir. Cenubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb....
Yeni metro stansiyasının adı açıqlandı
Bakıda yeni metro stansiyası "20 Sentyabr" adlandırılacaq. Cənubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı qərarı Azərbaycan Respublikasının Baş naziri...
Bakının tarixi binalarında özbaşınalıq: Fasadları kim və necə dəyişdirir? – VİDEO
Baş Prokurorluğun apardığı araşdırma zamanı Bakının Nəsimi və Xəzər rayonlarında dövlət mühafizəsinə götürülmüş tarixi və mədəniyyət abidələrində müvafiq razılaşdırma olmadan...
Average Rating