Rusiya Ukraynanın neft-qaz obyektlərinə kütləvi zərbələr endirdi

Read Time:43 Second

Rusiya qoşunları “Naftogaz” qrupuna daxil olan “Ukrnafta” SC-nin obyektlərinə kütləvi hücum həyata keçirərək Ukraynanın şərqində yerləşən yeddi neft və qaz hasilatı obyektinə zərbələr endiriblər.

Cenubtv.Az bu barədə “Naftogaz” qrupunun saytına istinadən xəbər verir.

Şirkətin məlumatına əsasən, hücum nəticəsində kritik əhəmiyyətli avadanlıqlar məhv edilib. Bu isə bir sıra istehsalat obyektlərinin fəaliyyətinin dayanmasına və hasilat həcminin əhəmiyyətli dərəcədə azalmasına səbəb olub.

“Naftogaz”ın İdarə Heyəti sədrinin müavini Sergey Fedorenko qeyd edib ki, bu, son dövrlərdə “Ukrnafta” obyektlərinə endirilən ən kütləvi zərbə olub.

“Xoşbəxtlikdən, xəsarət alan yoxdur”, – deyə o vurğulayıb.

Bundan əlavə, ötən sutka ərzində Rusiya qoşunları Zaporojye və Dnepropetrovsk vilayətlərində “Ukrnafta”nın dörd yanacaqdoldurma kompleksinə hücum ediblər. Şirkətin məlumatına görə, bu hücumlar nəticəsində də xəsarət alan olmayıb.

“Naftogaz”dan xatırladıblar ki, 2026-cı ilin əvvəlindən bəri Rusiya zərbələri nəticəsində “Ukrnafta”nın artıq 32 yanacaqdoldurma kompleksi və “Ukrqazvıdobuvannya” SC-nin beş istehsalat obyekti məhv edilib.

Loading

About Post Author

RÖVŞƏN MEHDIYEV

Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45 Mail:Cenubtv.az@gmail.com
Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %
Spread the love

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Previous post 17 yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundu
Next post Mürəkkəb geosiyasətdə Azərbaycan MODELİ: Rəsmi Bakı Moskva və Kiyevlə paralel dialoq aparır
תל אביב והאזור – נטליה – נערות ליווי באשדוד – חשפניות צעירות למסיבות רווקים במרכז או חשפניות בצפון 24/7 💕. Gazi mahallesi korsan taksi | 7/24 uygun fiyatlı. Paarberatung archive tobias judmaier.