ABŞ-dən atəşkəslə bağlı MÜHÜM AÇIQLAMA: “Bəlkə də elə bu gün”
“ABŞ atəşkəs haqqında razılaşmanı çox tezliklə, bəlkə də elə bu gün bağlaya bilər”.
Cenubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki, bunu ABŞ-nin maliyyə naziri Skott Bessent “12 News”a müsahibəsində deyib.
Bessent Donald Trampın ABŞ və İsrailin əməliyyatları zamanı İranın aviasiyası və donanmasının “məhv edildiyi” barədə sözlərini təkrarlayıb. O əlavə edib ki, Tehran iqtisadi baxımdan da məğlubiyyətə uğrayıb.
“Biz onların boğazından yapışmışıq. Onlarda ərzaq inflyasiyası 150-180 faizdir, qoşunlarını saxlaya bilmirlər”, – deyə o vurğulayıb.
Bununla əlaqədar ABŞ Maliyyə Nazirliyinin rəhbəri atəşkəs haqqında razılaşmanın bu gün və ya sabah imzalana biləcəyini istisna etməyib. Onun sözlərinə görə, mümkün atəşkəsin müddəti 30 və ya 60 gün ola bilər.
Xatırladaq ki, iyunda əldə olunan anlaşma memorandumu 60 günlük atəşkəsi nəzərdə tuturdu. Bu müddət ərzində ABŞ və İran sülh sazişinin bütün parametrlərini yekun şəkildə razılaşdırmalı idilər. İyulun əvvəlində döyüş əməliyyatları yenidən başlayıb və ayın sonunadək davam edib. Həmin vaxtadək ABŞ Prezidenti Donald Tramp İranın energetika sisteminə zərbələri təxirə salıb və danışıqların bərpa olunduğunu bəyan edib.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
İsmayıllıda ağır qəza: Beş nəfər yaralanıb
İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Cenubtv.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Talıstan altı adlanan ərazisində qeydə...
Mürəkkəb geosiyasətdə Azərbaycan MODELİ: Rəsmi Bakı Moskva və Kiyevlə paralel dialoq aparır
"Azərbaycanın Rusiya və Ukrayna ilə paralel şəkildə əlaqələrini inkişaf etdirməsi ölkənin müasir geosiyasi reallıqlar şəraitində həyata keçirdiyi çevik diplomatik kursun...
Rusiya Ukraynanın neft-qaz obyektlərinə kütləvi zərbələr endirdi
Rusiya qoşunları "Naftogaz" qrupuna daxil olan "Ukrnafta" SC-nin obyektlərinə kütləvi hücum həyata keçirərək Ukraynanın şərqində yerləşən yeddi neft və qaz...
İranda hərbçilərin olduğu ərazidə güclü PARTLAYIŞ: Ölənlər var – FOTO
İranın Mircavə şəhərində hərbçilərin və təhlükəsizlik qüvvələrinin yerləşdiyi ərazinin yaxınlığında güclü partlayış baş verib. Cenubtv.Az bu barədə "Azad İran" "Telegram" kanalına...
Vəkil İlqar Həmidov həbs edildi
11 saylı vəkil bürosunun vəkili İlqar Həmidov həbs edilib. Cenubtv.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, dələduzluqda ittiham olunur. Vəkil vətəndaş...
Ravil Tağıyev vəzifəsindən AZAD EDİLDİ
Yeni Klinikanın direktor müavini işdən çıxarılıb. Cenubtv.Az "Unikal"a istinadən xəbər verir ki, bu barədə TƏBİB-in İcraçı direktoru Anar Bayramov əmr imzalayıb....
Average Rating