Sürücülərin NƏZƏRİNƏ: Paytaxtın bir çox küçə və yolları bağlı olacaq – SİYAHI
Bakıda aparılan təmir işləri ilə əlaqədar bəzi küçə və yollarda nəqliyyat vasitələrinin hərəkətinə qismən və ya tam məhdudiyyət tətbiq ediləcək.
Cenubtv.Az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, Xarici Dairəvi avtomobil yolunun yan yolu (Şamaxı istiqamətində, Fərman Salmanov küçəsindən Əsəd Əhmədov küçəsinə qədər) 1 avqust saat 06:00-dan 3 avqust saat 06:00-dək yol tam bağlanacaq.
“Bundan başqa, Şeyx Şamil küçəsi (H.Seyidbəyli küçəsindən İstiqlaliyyət küçəsinə qədər) və Lermontov küçəsi (Bünyad Sərdarov küçəsindən Şeyx Şamil küçəsinə qədər) tam bağlanacaq.
Eyni zamanda, Mikayıl Müşfiq küçəsində (Mətbuat prospektindən Parlament prospektinə qədər) 31 iyul saat 20:00-dan 3 avqust saat 6:00-dək hərəkət qismən məhdudlaşdırılacaq. Şıxəli Qurbanov küçəsi (Füzuli küçəsindən Salatın Əsgərova küçəsinə qədər) 31 iyul saat 20:00-dan 3 avqust saat 06:00-dək yol tam bağlanacaq.
Sürücülərdən qeyd olunan müddətdə hərəkətlərini əvvəlcədən planlaşdırmaları, alternativ yollardan istifadə etmələri və təmir aparılan ərazilərdə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur”, – deyə məlumatda qeyd edilib.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Bakıda məşhur kabab evində ətdən at DNT-si çıxdı: Dövlət qurumu hərəkətə keçdi – FOTO
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Ə.Quliyev küçəsi, ev 114 ünvanında fəaliyyət göstərən fiziki şəxs Ağaisa Əlisa...
Bəzi ərazilərdə qaz olmayacaq
Sabah Qəbələnin bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq. Cenubv.Az xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb....
Bakıda 16 mərtəbəli binada TƏHLÜKƏ: Daşıyıcı divarı dağıdıb qapı açdılar – VİDEO
Baku TV-nin qaynar xəttinə daxil olan şikayət əsasında vətəndaş bildirir ki, Xətai rayonu, Xocalı prospekti, 29 ünvanında yerləşən 16 mərtəbəli...
Bakıda yollar YENİLƏNİR: Bəzi küçə və prospektlərdə təmir başa çatdı – VİDEO
Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədilə Bakı şəhərində genişmiqyaslı təmir proqramı icra olunur. Cenubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu...
Məktəb alış-verişi üçün nə qədər pul lazımdır? – Bakı və Sumqayıtda QİYMƏTLƏR – FOTO
Yeni tədris ilinin başlanmasına sayılı günlər qalıb. Məktəbə hazırlıq isə artıq valideynlərin gündəm mövzularından birinə çevrilib. Şagirdlərin ehtiyac duyduğu çanta,...
CNN-in yalanları ifşa olunur: Saxta iddialara hüquqi cavab – FOTO
Azərbaycan ona qarşı əsassız və təxribat xarakterli iddiaların yer aldığı məqalənin dərc edilməsi ilə əlaqədar ABŞ-nin federal məhkəməsində CNN-ə qarşı...
Average Rating