Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Zəhmətabad–Soltankənd avtomobil yolunda aparılan əsaslı təmir işlərinin gedişi ilə yerində tanış olub
Read Time:52 Second
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə regionların sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində Cəlilabad rayonunda yol infrastrukturunun yaxşılaşdırılması işləri uğurla davam etdirilir.
Bu çərçivədə, ümumilikdə 7 min nəfərdən artıq əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Sərhədabad–Əliabad–Zəhmətabad–Soltankənd avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il tarixli 45 nömrəli Sərəncamı ilə müvafiq vəsait ayrılmış və layihənin icrasına başlanılmışdır.
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Sərhədabad–Əliabad–Zəhmətabad–Soltankənd avtomobil yolunda aparılan əsaslı təmir işlərinin gedişi ilə yerində tanış olub.
Baxış zamanı görülən işlərin mövcud vəziyyəti, layihənin icra mərhələləri və qarşıda duran vəzifələr barədə aidiyyəti qurumların nümayəndələri tərəfindən ətraflı məlumat verilib. Rayon İcra Hakimiyyətinin başçısı yolun əsaslı təmirinin yüksək keyfiyyətlə, müəyyən olunmuş texniki norma və standartlara uyğun şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayıb, tikinti işlərinin vaxtında başa çatdırılması ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini verib.
Qeyd olunub ki, həyata keçirilən əsaslı təmir işləri sözügedən yaşayış məntəqələri arasında nəqliyyat əlaqələrinin daha da yaxşılaşdırılmasına, yol hərəkətinin təhlükəsizliyinin artırılmasına və sakinlərin rahat gediş-gəlişinin təmin olunmasına mühüm töhfə verəcəkdir.


![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45
Mail:Cenubtv.az@gmail.com
More Stories
Cəlilabad bələdiyyəsinin rəhbərliyində kadr dəyişikliyi baş tutub.
Cenubtv.az-ın əldə etdiyi məlumata görө, bələdiyyədə keçirilən iclasda qurumun sədr müavini Rafiq Rüstəmov səs çoxluğu ilə bələdiyyənin yeni sədri seçilib....
Cəlilabadda “20 oktyabr – Energetiklər Günü” qeyd edilib
Cəlilabad rayonunda “20 oktyabr – Energetiklər Günü” qeyd edilib. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov, aparat əməkdaşları, hüquq-mühafizə orqanlarının...
17 oktyabr 2026 qəhrəman şəhid Cəfərov Ayxan Camaləddin oğlunun anım günü
17 oktyabr 2026-cı il tarixində qəhrəman şəhidimiz Cəfərov Ayxan Camaləddin oğlunun anım günümərasimi Cəlilabad rayonunun Üçtəpə kəndində, ata ocağında...
Cəlilabadda 18 oktyabr – Müstəqilliyin Bərpası Gününün 35-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
https://youtu.be/RPVVvpsf-K8
12.10.2026-cı il Qəhrəman Şəhid Orxan Nazim Oğlu Paşazadənin mövlud günü tədbiri
Cəlilabad rayonu Cəfərxanlı kəndində ata evində keçirildi. Paşazadə Orxan Nazim oğlu 12 oktyabr 1996-cı ildə Cəlilabad rayonunun Cəfərxanlı kəndində dünyaya...
Average Rating