Sotu bir milyon manat: Paytaxtda ən bahalı torpaq sahələrinin yerləşdiyi ərazilər AÇIQLANDI – VİDEO
Bakıda qiyməti on milyonlarla manat olan torpaq sahələri satışa çıxarılıb.
Elan saytlarına nəzər saldıqda məlum olur ki, Bilgəh qəsəbəsində sahəsi 39 hektar olan torpaq 58.5 milyon manata, metronun “Ulduz” stansiyasının yaxınlığında yerləşən 300 sot torpaq sahəsi 40 milyon manata təklif edilir.

“Dərnəgül” stansiyasından çox da uzaq olmayan ərazidə yerləşən 350 sot torpaq isə 38 milyon manata satışa çıxarılıb. Torpaq sahəsinin bir sotuna görə ən yüksək qiymət isə “İçərişəhər” stansiyasına yaxın ərazidə qeydə alınıb.
Burada 2.2 sotdan ibarət torpaq sahəsinin bir sotunun qiyməti təxminən 1 milyon manatdır. Qiymətə görə növbəti yerlərdə Badamdar qəsəbəsi, “28 May” və “Xətai” stansiyalarına yaxın ərazilər qərarlaşıb.
Maraqlıdır, bəs bu qiymətlər necə müəyyən edilir? Əsas amil Bakıda tikintiyə yararlı boş torpaq sahələrinin olduqca məhdud olmasıdır. Bu isə qiymətlərə birbaşa təsir göstərir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc Baku TV-yə bildirib ki, o da eyni fikirdədir:
“Bu qiymət artımı təbii və davamlı tendensiyadır. Təhlil etsək görərik ki, yaxın keçmişdə də torpaq sahələrinin qiyməti daim artıb və bu gün də artmaqda davam edir. Torpaq uzunmüddətli investisiya cazibədarlığı ilə seçilir. İnvestorlar adətən torpaq sahəsini alaraq gələcəkdə daha yüksək qiymətə satmağı planlaşdırırlar. Bu baxımdan torpaq digər daşınmaz əmlak növləri ilə müqayisədə daha üstün investisiya vasitəsi sayılır. Çünki o, dərhal gəlir gətirməsə də, zamanla dəyərini daha sürətlə artırır”.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Cəlilabadda Ümummilli lider Heydər Əliyevin ilk dəfə siyasi hakimiyyətə gəlişinin 57-ci ildönümü qeyd olunub
Cəlilabad rayon Heydər Əliyev Mərkəzində Ümummilli lider Heydər Əliyevin ilk dəfə siyasi hakimiyyətə gəlişinin 57-ci ildönümünə həsr olunmuş tədbir...
Səbuhi Məmmədov və Arzu Musayeva həbs olundu – 300 nəfərdən çox zərərçəkən var
Son aylarda ölkənin virtual məkanında “*Ponzi*” sxemi əsasında fəaliyyət göstərən “*Any Unboxing*” adlı onlayn maliyyə dələduzluq piramidası vasitəsilə vətəndaşların pul...
Çəyirtkə sürüsü Abşeron yarımadasını niyə basıb? – FOTO – VİDEO
Abşeron yarımadası ərazisində yayılan çəyirtkə Misir çəyirtkəsinə bənzəyir". Cənubtv.Az Oxu.Az-a istinadən bildiri ki, Canlı Sistemlərin Tədqiqi İnstitutu PHŞ əməkdaşı biologiya...
Tbilisi–Bakı qatarına alınan biletlərin statusunun “etibarsız” görünməsinin SƏBƏBİ
Tbilisi-Bakı istiqamətində qatar bileti alan bəzi sərnişinlər Azərbaycan Dəmir Yollarının (ADY) onlayn bilet sistemində problemlə üzləşdiklərini bildirirlər. Bu barədə Cənubtv.Az...
“Yeddi daş”dan sosial şəbəkəyə yuvarlanan uşaqlıq
Samir İsayev yazır... Parlament sosial şəbəkədə yaş məhdudiyyətinin tətbiqi ilə bağlı qanun layihəsini üçüncü oxunuşda qəbul etdi. Vətəndaşların əksəriyyəti bu...
Average Rating