Naxçıvanda 24 milyonluq nəhəng layihə: Yeni yaşayış kompleksi tikilir
Naxçıvan şəhərində yeni çoxmənzilli yaşayış binalarının tikintisi ilə bağlı irihəcmli layihəyə start verilir.
Cənubtv.Az Baku.ws-ə istinadən xəbər verir ki, MİDA MMC Naxçıvan şəhəri, Əliqulu Qəmküsar küçəsi ilə Babək məhəlləsinin kəsişməsində yerləşən 4.98 hektar ərazidə 6 çoxmənzilli yaşayış binası inşa edəcək.
Layihənin ehtimal olunan dəyəri 24 milyon 194 min 879 manat təşkil edir.
İlk mərhələdə tikinti sahəsində genişmiqyaslı torpaq işləri görüləcək. Ərazi ekskavatorlarla qazılacaq, çıxarılan torpaq yük avtomobilləri ilə daşınacaq, əraziyə yeni torpaq gətiriləcək və buldozerlə hamarlanaraq binaların təməlinin inşasına hazırlanacaq.
Layihənin həyata keçirilməsi nəticəsində Naxçıvanda yeni yaşayış kompleksi yaradılacaq, mənzil fondu genişlənəcək və əhalinin mənzil təminatının yaxşılaşdırılması üçün əlavə imkanlar formalaşacaq. Bununla yanaşı, yeni yaşayış massivinin salınması şəhərin tikinti və şəhərsalma infrastrukturunun inkişafına da töhfə verəcək.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
17 oktyabr 2026 qəhrəman şəhid Cəfərov Ayxan Camaləddin oğlunun anım günü
17 oktyabr 2026-cı il tarixində qəhrəman şəhidimiz Cəfərov Ayxan Camaləddin oğlunun anım günümərasimi Cəlilabad rayonunun Üçtəpə kəndində, ata ocağında...
Cəlilabadda 18 oktyabr – Müstəqilliyin Bərpası Gününün 35-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
https://youtu.be/RPVVvpsf-K8
12.10.2026-cı il Qəhrəman Şəhid Orxan Nazim Oğlu Paşazadənin mövlud günü tədbiri
Cəlilabad rayonu Cəfərxanlı kəndində ata evində keçirildi. Paşazadə Orxan Nazim oğlu 12 oktyabr 1996-cı ildə Cəlilabad rayonunun Cəfərxanlı kəndində dünyaya...
“Fərqlər deyil, anlaşılmazlıq ailəni dağıdır” – Azərbaycan vətəndaşlarının əcnəbilərlə nikahları niyə pozulur?
Sevgi sərhəd tanımaya bilər, amma fərqli ölkələrdən olan iki insanın qurduğu ailənin davamlı olması heç də həmişə asan deyil. Azərbaycanda...
Heyvanlara işgəncə verənləri hansı cəza gözləyir? – Foto
Hər il oktyabrın 4-ü bütün dünyada Ümumdünya Heyvanların Mühafizəsi Günü kimi qeyd olunur. Lakin həmin gün heyvana qarşı amansızlıq faktı...
Average Rating