Göyçayda qəzaya uğrayan VAZ kanala düşdü: Sürücünün meyiti tapıldı – VİDEO
Göyçay rayonu, Kürdəmiş kəndində VAZ-2106 markalı avtomobilin su kanalına düşməsi nəticəsində itkin düşən sürücünün meyiti tapılıb.
Cənubtv.Az bununla bağlı Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Bildirilib ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc qrupu tərəfindən 1942-ci il təvəllüdlü Ağalar Şamil oğlu Osmanovun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Göyçay rayonu, Kürdəmiş kəndində içərisində vətəndaşın olduğu VAZ-2106 markalı avtomobilin su kanalına düşməsi barədə məlumat daxil olub.
Cənubtv.Az xəbər verir ki, bununla bağlı FHN məlumat yayıb.
Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc qrupu axtarışlara cəlb olunub.
Hazırda avtomobilin kanala düşdüyü istiqamətdə vətəndaşın axtarışları davam etdirilr axtarılan şəxs VAZ-ın sürücüsü, 84 yaşlı Ağalar Osmanovdur.

Göyçayda yol-nəqliyyat hadisəsi baş verib.
Cənubtv.Az xəbər verir ki, hadisə bu gün saat 10 radələrində Göyçayın Cəyirli kəndi ərazisində qeydə alınıb.
Belə ki, VAZ-2106 markalı avtomobil əvvəlcə KIA markalı maşınla toqquşub, daha sonra su kanalına düşüb.
Avtomobilin kanaldan çıxarılması üzrə işlər davam etdirilir.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Bakıda avtobus ağaca çırpıldı: 10-dan çox yaralı var – VİDEO
Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində marşrut avtobusu ağır qəza törədib. Cənubtv.Az "Qafqazinfo"ya istinadla xəbər verir ki, 113 nömrəli müntəzəm marşrut...
Sabunçuda ağır QƏZA: Ölən və yaralanan var
Bakının Sabunçu rayonunda ölümlə və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Cənubtv.Az "Report"a istinadən xəbər verir ki, hərəkətdə olan "Toyota" markalı...
Bakıda oğurluğa görə işdən qovulan sürücü mağazanı yandırdı
Bakıda işdən çıxarılan sürücü işlədiyi mağazanı yandırıb. Cənubtv.Az Oxu.Az-a istinadən bildirir ki, hadisə paytaxtın Xəzər rayonu, Türkan qəsəbəsi, Xanlar küçəsində...
Kiyevə hücum nəticəsində ÖLƏNLƏRİN SAYI ARTDI
Rusiyanın Kiyevə endirdiyi genişmiqyaslı zərbələr nəticəsində həlak olanların sayı artaraq 20-yə çatıb. Cənubtv.Az xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi...
ABŞ-də faciə: Atasının maşında unutduğu uşaq istidən ölüb
ABŞ-nin Florida ştatında günəş altında park edilmiş avtomobildə uşağın cəsədi tapılıb. Uşağın atası onu uşaq bağçasına apararkən səhvən maşında unudub....
Biləcəridə yanğın baş verib
Bakı şəhərinin Binəqədi rayonu, Biləcəri qəsəbəsində yanğın baş verib. Cənubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə bu gün saat 15:00-da baş...
Average Rating